Macrobiosis Antiage & Esthetic Center


O qədər də yaxşı olmayan əhval-ruhiyyə... depressiya, süstlük, nəyisə dəyişdirmək istəyinin olmaması... İlk baxışda zərərsiz kimi görünən bu hallar hamımızın başına gəlir, amma tək-tük insan buna diqqət yetirir. Amma nahaq yerə! Yuxarıda sadalanan bütün amillər orqanizmimizin heç nəyin səbəbsiz olmadığını xatırlatmaq üçün verdiyi siqnallardır.

"Macrobiosis" Mərkəzində uğurla tətbiq olunan xəstəliklərin xeyli əvvəl aşkar edilməsinin innovativ metodları risk amillərini müəyyən etməyinizə, ümumi sağlamlıq vəziyyətini qiymətləndirməyinizə, gələcəkdə qarşılaşa biləcəyiniz bütün mümkün meylləri və problemləri sezməyinizə imkan verəcək!

Mərkəzimizdə həyata keçirilən eksklüziv laboratoriya araşdırma metodları: neyro və visseral molekulyar CHECK-UP, ürəyin yüksək həssaslıqlı kardiomarkerlər vasitəsinə tədqiq edilməsi, oksidativ stresin qiymətləndirilməsi üzrə kompleks araşdırmalar və digər laboratoriya təhlilləri; funksional diaqnostikanın müxtəlif istiqamətləri: damar və ürək funksiyalarının; nəfəs göstəricilərinin araşdırılması; sümükdə dəyişikliklərin diaqnostikası (osteoparozun aşkar edilməsi) və bir çox digər tədbirlər orqanizminiz haqqında hər şeyi öyrənməyinizə imkan verəcək. Öz növbəsində, mərkəzimizin yüksək ixtisaslı mütəxəssisləri xəstəliyin simptomları üzə çıxana qədər orqanizminizi düzəltməyinizə kömək edəcəklər.

Unutmayın, risk amillərinin erkən aşkar edilməsi və orqanizmin vəziyyətinin qiymətləndirilməsi sağlamlıq və həyat keyfiyyəti ilə bağlı problemlərin aradan qaldırılmasında ciddi silahdır.

YAŞLANMA - YAŞA!

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?