Gündüz gözətçisi

İşin təsviri

İlkin əmək haqqı: 350 AZN + vergilər
İş yeri: Sumqayıt şəhəri Çerkassi küçəsi 220, 50-ci məhəllə

Tələblər:

1. Müvafiq sahədə ən az 1 il iş təcrübəsinin olması;
2. Təhlükəsizliyə aid bilik və bacarığının olması;
3. Hadisələri təhlil etmək bacarığının olması;
4. Məsuliyyətli, işgüzar, ciddi və aktiv olmalı;
5. 30-65 yaş həddində olmalı;
6. Ancaq Sumqayıt şəhərində yaşayanlar müraciət etsin.

İş haqqında məlumat:

1. Qartal Tikinti Firmasının istehsalat sahəsinə gündüz gözətçisi;
2. Daxili təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət etmək;
3. Maddi dəyərlərin oğurluğu, talanması və obyektin zərər çəkməsinə yol verməmək;
4. Maşınların anbara giriş və çıxışını tənzimləmək;
5. Çıxarılan və gətirilən malların sənədləri ilə uyğun olmasına nəzarət etmək;
6. Firma rəhbərliyi tərəfindən təyin edilmiş nizam və qaydalara riayət etmək.

İşçi üçün şərait:

1. İş saatı 08:00-18:00;
2. Nahar firma hesabına verilir;
3. İstirahət günü - Bazar günləri;
4. İş yeri Sumqayıt şəhərində firmanın istehsalat sahəsindədir.

CV-nizi mövzu yerində “Gündüz gözətçisi” qeyd etməklə [email protected] email ünvanına göndərə bilərsiniz.

Əlaqələndirici şəxs: Tural Məmmədov
Telefon: +994 50 235 48 67