Maliyyə meneceri-iqtisadçı

İşin təsviri

Ümumi öhdəliklər:

- “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın (Dövlət Proqramı) fəaliyyətinin maliyyə göstəricilərinin hesablanması üçün lazım olan məlumatların toplanması və analizi, maliyyə - iqtisadi təhlillərin aparılması;
- Dövlət Proqramının fəaliyyətinin təşkili ilə bağlı maliyyə, büdcə, uçot, tarif və sair siyasətin işlənib hazırlanmasında iştirak etmək;
- Dövlət Proqramı çərçivəsində beynəlxalq ikili diplom proqramlarının və xaricdə doktorantura təhsilinin icrası və İdarəetmə Qrupunun fəaliyyəti ilə bağlı büdcənin, gəlir və xərclər smetasının hazırlanması;
- Dövlət Proqramının icrası ilə bağlı maliyyə ili və növbəti illər üçün büdcə proqnozunun hazırlanması;
- Dövlət Proqramının icrası ilə bağlı İctimai Sektor üçün Mühasibat uçotunun beynəlxalq standartlarına əsasən mühasibat uçotunun təşkili və aparılması;
- Dövlət Proqramının icrası ilə bağlı Büdcə sistemi haqqında Qanuna əsasən rüblük və illik hesabatların, həmçinin İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən maliyyə hesabatlarının hazırlanması;
- Dövlət Proqramına və DPİQ-ə aid olan aylıq, rüblük, illik bəyannamələrin və hesabatların (vergi, sosial sığorta, statistika və s.) hazırlanmasına nəzarət etmək;
- Maliyyə sənədlərinin yoxlanılmasında, ödənişlərin həyata keçirilməsinə nəzarət etmək;
- Malların (iş və xidmətlərin) satınalınması ilə bağlı qanunvericiliyin tələblərinə riayət etməklə müqavilələrin hazırlanması;
- DPİQ-ə daxil olan maliyyə xarakterli məktubların icrası;

Tələb olunan göstəricilər:

- Mühasibat uçotu və audit, maliyyə, iqtisadiyyatın tənzimlənməsi ixtisas istiqamətləri üzrə ali təhsil;
- Maliyyə işləri üzrə minimum 2 il iş təcrübəsi, büdcə təşkilatında iş təcrübəsinə üstünlük verilir;
- Elektron Maliyyə proqramlarını işlətmə bacarığı;
- Kompüter biliyi: MS Windows, MS Office (Excel, Word, Outlook) – yüksək səviyyədə
- Dil biliyi: Azərbaycan dili – yüksək səviyyədə, Rus dili və İngilis dili – orta səviyyədə. Qeyd edilən dillər üzrə şifahi və yazı qabiliyyətinə sahib olma;
- Yüksək ünsiyyət və kollektivdə iş bacarığı;
- Təşkilati bacarıqlar;
- Digər tələblər: İdarəçilik qabiliyyətlərinə malik olmalı, Mövcud qanunvericiliyi bilməlidir.

Maraqlanan namizədlər CV-ni mövzu hissəsində İşin adı göstərilməklə [email protected] elektron poçt ünvanına göndərməlidirlər. Yalnız seçilmiş namizədlərlə əlaqə yaradılacaqdır.

Dövlət Proqramı haqqında daha ətraflı məlumat üçün www.dp.edu.az saytına daxil olmaqla əldə etmək olar.