Kopirayter

İşin təsviri

Namizədə dair tələblər:

• Təhsil: Ali təhsil;
• Dil bilikləri: Azərbaycan dili (yazılı və şifahi olmaqla mükəmməl səviyyədə), İngilis dili və Rus dili; əlavə dil bilmək arzuolunandır;
• Kompüter bilikləri: MS Office (MS Excel – orta);
• Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
• Yaş: 35 yaşa qədər
• Komanda şəklində, həmçinin gərgin iş rejimində çalışmaq;
• Yüksək icraçılıq bacarığı, məsuliyyətlilik, düzgünlük, kreativlik, təhlil, proqnoz və planlaşdırma qabiliyyəti, operativlik, dəqiqlik.

Vəzifə öhdəlikləri:

- Reklam mətnlərinin, şüarlarının yazılması,
- Məqalələr, məhsul təsvirləri, sosial media və şirkətin veb səhifəsi üçün məzmunların hazırlanması,
- Reklam ssenarilərinin təklif edilməsi,
- Səhvlər və uyğunsuzluqların araşdırılması, mövzuya uyğun mətnin formalaşdırılması üçün kontent yazılması, korrektə və redaktə işlərinin aparılması,
- SEO yönümlü veb sayt kontentinin hazırlanması və bloqların yazılması,
- Bazar trendlərinin, yeniliklərinin izlənməsi və onların işdə tətbiqi,
- Müştərilərin ehtiyaclarını müəyyənləşdirmək və mövcud məzmundakı boşluqları aradan qaldırmaq üçün yeni məzmun tövsiyyə etmək.

Əlavə təminatlar:

• Nahar şirkət tərəfindən verilir;
• Korporativ nömrə ilə təmin edilmə;
• Servis şirkət tərəfindən təmin edilir;

İş qrafiki:

İş saatları 09:00 – 18:00;
Nahar fasiləsi: 13:00-14:00
Şənbə və Bazar istirahət günü.

Qeyd: Ezamiyyə halları mümkündür

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Kopirayter" yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.

Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi