Aşpaz – şirniyyatçı

  • PAUL Azerbaijan
  • Elanın qoyulma tarixi: 10.02.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

• Qənnadı məmulatlarına yeni resepturaları, yeni xammal növlərinə soyuq və isti emal zamanı itki və tullantı normalarının hazırlanmasını və təsdiq edilməsini həyata keçirmək.
• Buraxılan qənnadı məmulatlarının, undan hazırlanma məmulatların çeşidlərinin genişləndirilməsi, yeni məhsul növlərinin tətbiqi üzrə təkliflər hazırlamaq.
• Milli və xarici mətbəxlərin qənnadı məmulatlarını bişirmək
• Pəhrizli qənnadı məmulatlarının hazırlanması qaydalarına riayət etmək
• İtkilərin azaldılmasını və istilik prosesi zamanı qida keyfiyyətlərinin saxlanılması qaydalarına riayət etmək.
• Hazırlanan məhsulun dadının yaxşılaşdırılmasına imkan verən dad və ətirli maddələrdən istifadə etmək.

Tələblər:

• Təhsil: orta
• Yaş həddi: 18-45
• İş stajı: müvafiq iş üzrə 1 ildən az olmayaraq
• Rus dilində sərbəst ünsiyyət qurmağı bacarana üstünlük verilir
• Yüksək işgüzarlıq qabiliyyəti və kollektivlə işləmək bacarığı.
• Restoran sektorunda təcrübəsi olan namizədlərə üstünlük verilir.

Əmək şəraiti:

• Əmək haqqı: 600-800 AZN net təcrübədən asılı olaraq
• Gündüz və gecə növbəsi, qrafikə uyğun
• Nahar şirkət tərəfindən təmin edilir

Müraciət qaydaları: CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Aşpaz – şirniyyatçı” yazıb göndərməklə müraciət edə bilərsiniz.