Beynəlxalq əlaqələr şöbəsinə ekspert

  • Rabitabank OJSC
  • Elanın qoyulma tarixi: 09.02.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədin vəzifə öhdəlikləri:

• Yerli və xarici maliyyə institutları ilə müxbir, işgüzar münasibətlər qurmaq və yazışmalar aparmaq;
• Yerli və xarici banklarda hesabların açılması üçün tələb olunan hüquqi, maliyyə və digər sənədlərin hazırlanmasını, toplanmasını və təqdim edilməsini təmin etmək;
• Mövcud əlaqələrin saxlanılması məqsədi ilə yazışmaların aparmaq;
• Kontragent bankların və ya maliyyə təşkilatlarının rekvizitlərində olunan dəyişikliklərin bankın müştəri bazasına daxil etmək və müştərinin mövcud sənədlərinin arxivləşdirmək;
• Yerli və xarici maliyyə təşkilatlarından pul cəlb edilməsi istiqamətində müvafiq işlər aparmaq, görüşlər keçirmək;
• Akkreditiv və Qarantiyaların açılması üçün kontragentlərlə danışıqlar aparmaq, əməliyyatın icrasını tam şəkildə təmin etmək;
• Tələb olunan müvafiq hesabatları tərtib etmək;
• Açılmış Akkreditiv və Qarantiyaların icrasına nəzarət etmək;
• Bankın müxbir şəbəkəsinin vəziyyətini təhlil etmək, onun genişləndirilməsi və ya optimallaşdırılması istiqamətində təkliflər vermək;
• Kənar audit tərəfindən aparılan audit yoxlaması üçün tələb olunan müvafiq sənədləri və təsdiqləri konrtagent banklardan almaq;
• Beynəlxalq təşkilatlarda üzvlüklə əlaqədar işlərin icrasını həyata keçirmək;

Namizədə tələblər:

• Ali təhsil;
• Aidiyyatı sahədə ən azı 3 il iş təcrübəsi (bank və ya oxşar kredit təşkilatında iş təcrübəsinin olmasına üstünlük verilir);
• Azərbaycan dili səlis, İngilis və Rus dili əla səviyyədə;
• Analitik düşünmə qabiliyyəti;
• Komanda tərkibində işləmə bacarığı;
• Diqqətlilik, tələbkar, məsuliyyət və düzgünlük kimi müsbət göstəricilərə malik olmaq;
• Yüksək kommunikasiya və təqdim etmə bacarığı;
• İdarəetmə, liderlik və təşkilatçılıq qabiliyyəti;
• Operativ və düzgün qərar vermək bacarığı;
• MS Office proqramları ilə yüksək səviyyədə işləmək bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Beynəlxalq əlaqələr şöbəsi” göstərməyiniz xahiş olunur.

Əlaqə vasitələri:

E-mail: [email protected]
Telefon: (012) 598 44 88,

Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

İşəgötürənin reytinqi