İT məlumat bazasının administratoru

İşin təsviri

Vəzifə öhdəlikləri

• Müxtəlif struktur bölmələrin müraciəti əsasında qərar vermək məqsədilə biznes informasiyanın hazırlanması;
• Depo daxili proseslər və hesabatların maksimum avtomatlaşdırılması;
• Proqram təminatı serverinə xidmətin təmin olunması və layihələndirilməsi;
• Məlumat bazasının yaradılması, normallaşdırılması və idarə edilməsi üzrə müasir texnologiyalarla işin təşkili.
• Verilənlər bazası kodlaşdırılması üçün standartların yaradılması;
• SQL tərtibatı. SQL üzrə optimallaşdırma işləri;
• Məlumatları test mühitində yoxlanılması və yenilənməsi;
• Resurs sıxlığı olan sorğular barədə tərtibatçılara məlumatın ötürülməsi və onların həll yollarının təklifi;
• Tətbiqlərlə əlaqəli funksiya və məlumatların təkrarlanması fəaliyyətlərinə nəzarət

Tələblər:

• Ali təhsil (texniki təhsil arzu olunandır);
• İngilis və rus dilləri (minimal danışıq bilikləri, texniki sənədlərin oxunması və tərcüməsi səviyəsində);
• Müvafiq sahədə ən azı 3 il təcrübə olmalıdır;
• Məlumat bazalarının proqramlaşdırılması üzrə biliklər (MS SQL, TSQL);
• Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;
• İşə planlı yanaşma bacarığı;
• Analitik düşünmə qabiliyyəti;
• Komandada iş qabiliyyəti.

İş şəraiti:

• Tibbi sığorta ilə təmin olunma;
• Nahar şirkət tərəfindən təmin olunur;
• Karyera yüksəlişi imkanı;
• Əmək haqqı razılaşma yolu ilə.

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi [email protected] elektron ünvanına göndərin.
Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz

İşəgötürənin reytinqi