Uçot və daxili hesabatlıq şöbəsinə baş mütəxəssis

İşin təsviri

Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

• Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
• Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
• Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
• Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
• Yüksək komanda ruhunda əməkdaşlıq;
• Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
• Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
• Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirakı;
• Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
• Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

• Mövcud normativ xarakterli aktlara və Bankın daxili qaydalara əsaslanaraq, Mərkəzi Bank tərəfindən tələb olunan hesabatları tərtib etmək;
• Dövlət Statistika Komitəsinin hesabatlarını hazırlanmaq və müvafiq dövlət orqanına təqdim etmək;
• AR Vergi qanunvericiliyinə əsasən bankın mənfəət, əmlak, torpaq və digər vergilər üzrə bəyannamələri hazırlamaq və müvafiq dövlət orqanına təqdim etmək;
• Bankın məhsulların və proqram təminatların tədbiqi zamanı maliyyə uçotu üzrə ortaya çıxan bütün məsələlərlə bağlı şöbə müdirinə rəy və təklif vermək. Lazım olan təqdirdə testləşdirmədə iştirak etmək və nəticələri barədə şöbənin rəhbərliyinə məlumat vermək;
• Mərkəzi Bankın normativ xarakterli aktlara və Bankdaxili qaydalara əsasən strukturlardan maliyyə-təsərrüfat hesabatlarını yoxlamaq və Bank üzrə icmal hesabatların tərtibatında istifadə etmək;
• Hesabatların təhlil və yoxlama zamanı aşkara çıxarılan bütün nöqsanlar haqqında şöbə müdirinə məlumat vermək.

Bizim üçün uyğun namizəd:

• İqtisadiyyat və maliyyə istiqamətləri üzrə ali təhsili olan;
• Azərbaycan dilini mükəmməl, rus və ingilis dillərini yaxşı səviyyədə bilən;
• Bank və maliyyə sahələri üzrə 2-3 il iş təcrübəsinə sahib;
• MS Office (SQL, -, Visual Basic, Bİ, Flexcube) proqramları ilə yüksək səviyyədə işləmək qabiliyyətinə malik;
• Komandada işləmək bacarığına sahib;
• Problemləri həll etmə bacarığına malik olan şəxs.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Uçot və daxili hesabatlıq şöbəsinə baş mütəxəssis” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Əlavə məlumat üçün: www.ibar.az