Korporativ idarəetmə və metodologiya şöbəsinə aparıcı / baş mütəxəssis

İşin təsviri

Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

• Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
• Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
• Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
• Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
• Yüksək komanda ruhunda əməkdaşlıq;
• Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
• Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
• Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirakı;
• Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
• Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

• Bankdaxili biznes prosesləri reqlamentləşdirən normayaradıcı sənədlərin (prosedur, təlimat, metodiki göstərişlər, siyasət və s.) layihələrinin hazırlanması işində iştirak etmək;
• Bankdaxili biznes prosesləri reqlamentləşdirən normayaradıcı sənəd layihələrinin metodoloji təhlilini aparmaq;
• Mövcud daxili normativ sənədlərin təkmilləşdirilməsi və yenilənməsi istiqamətində təkliflər vermək;
• ankdaxili biznes prosesləri reqlamentləşdirən normayaradıcı sənədlərin reyestrini təşkil etmək və aparmaq;
• Reqlamentləşdirilən biznes proseslərin optimallaşdırılması ilə bağlı təkliflər vermək;
• İcraatında olan normativ sənədlərin icra statusu ilə bağlı dövri hesabatlar hazırlamaq və aidiyyəti üzrə təqdim etmək.

Bizim üçün uyğun namizəd:

• İqtisadiyyat və hüquq istiqamətləri üzrə ali təhsilli olan;
• Azərbaycan dilini mükəmməl, rus və ingilis dillərini yaxşı səviyyədə bilən;
• Maliyyə, iqtisadiyyat, hüquq sahələri üzrə 1-3 il iş təcrübəsinə sahib;
• MS Office (Word, Excel, PowerPoint) proqramları ilə yüksək səviyyədə işləmək qabiliyyətinə malik;
• Yüksək səviyyədə kommunikasiya və təqdimat bacarığına sahib;
• Bank əməliyyatlarının mahiyyəti, onların aparılması texnikası ilə tanış olan;
• Biznes proseslərin idarə edilməsi işinin mahiyyəti ilə tanış olan və bu sahədə özünü inkişaf etdirmək istəyən;
• Komandada işləmək bacarığına sahib;
• Problemləri həll etmə bacarığına malik olan şəxs.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Korporativ idarəetmə və metodologiya şöbəsinə “Aparıcı mütəxəssis, Baş mütəxəssis” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Əlavə məlumat üçün: www.ibar.az