Baş mühasib

  • ProSol QSC
  • Elanın qoyulma tarixi: 01.02.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş haqqında:

• Tabeliyində olan mühasiblərin iş bölgüsünü həyata keçirmək, komandanın ümumi proseslərdə fəal iştirakını təmin etmək.
• Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatların aparılması,
• Elektron portal proqramı ilə işləmək bacarığının olması,
• Vergi orqanları ilə yazışmalar, vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi,
• E-Qaimə və Vergi Hesab Fakturalarının yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı,
• Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək,
• Vergi hesabatlarının hazırlanması və təqdim edilməsi,
• Bank əməliyyatlarının aparılması,
• DSMF və statistika hesabatlarının hazırlanması və təqdim edilməsi,
• BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək.

Tələblər:

• Maliyyə, İqtisadiyyat və Biznesin idarəedilməsi ixtisasından təhsil olmuş,
• Ümumi 5 il (3 il mühasib və 2 il aparıcı yaxud baş mühasib kimi) iş təcrubəsi,
• Analitik düşüncəli, sürətlilik və çeviklik, liderlik
• SAP, Excel, BTB proqramı üzrə biliklər
• Mühasibatlıq və ACCA sertifikatları üstünlükdür.

Tələbələrə uyğun şəxslər CV-lərini “Baş mühasib” başlığı ilə [email protected] e-mail ünvanına göndərə bilərlər.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanacaqdır.

İşəgötürənin reytinqi