İstehsalat üzrə mühasib

  • Araz Supermarket
  • Elanın qoyulma tarixi: 26.01.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

- Aylıq istehal olunmuş məhsulların maya dəyərlərinin düzgün formalaşmasının izlənməsi və nəzarət edilməsi;
- Mövcud reseptlərdə maya dəyərinin düzgün hesablanması üçün lazım olan göstəricilərin müəyyənləşdirilməsi və daimi nəzarətdə saxlanması;
- Məhsullar üzrə reseptura maya dəyərlərinin hesablanması və faktiki formalaşan maya dəyərləri ilə müqayisənin aparılması;
- Mühasibatlıq sənədlərinin olduğu kimi qorunub saxlanmasını təmin etməli, müəyyən olunmuş qaydaya əsasən onların arxivə ötürülməsini həyata keçirməli;
- Aidiyyatı sahə üzrə rəhbər şəxslərin digər tapşırıqlarını həyata keçirməlidir.

Tələblər:

- Ali təhsil (İqtisadiyyat, maliyyə və mühasibatlıq sahəsi üzrə);
- Böyük ticarət şəbəkələrində və ya istehsal sahələrində 1 ildən başlayaraq iş təcrübəsi;
- Yüksək səviyyədə MS Excel bilikləri;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
- Komandada işləmə, ünsiyyət bacarıqlarının olması;
- Reseptura ilə kalkulyasiya hesablama təcrübəsi, istehsalat təcrübəsi

Təminatlar:

- Nahar ilə təmin edilmə;
- Servis xidməti;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- 5 günlük iş qrafiki.

Vakansiya ilə bağlı müraciət etmək istəyən namizədlər “İstehsalat üzrə mühasib” adını mövzu hissədə qeyd etməklə CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

İşəgötürənin reytinqi