Maliyyə şöbəsinin baş mütəxəssisi

İşin təsviri

VƏZİFƏ FUNKSİYALARI:

  • Cari gəlir və xərclər, əməliyyat planlarına uyğun büdcələrin, strateji planların, rüblük proqnozları hazırlamaq və təhlil etmək;

  • Aylıq əsasda büdcənin icrasına nəzarət və bu istiqamətdə müqayisə və təhlillərin aparılmasında və müvafiq təqdimatın hazırlanmasında bilavasitə iştirak etmək;

  • Departamentlər tərəfindən büdcənin icrası haqqında məlumatları toplamaq və emal etmək;

  • Bütün əməliyyatların büdcə daxilində olmasını yoxlamaq və uyğunluğu barədə rəy vermək, həmçinin bu əməliyyatların büdcə daxilində olmasını təmin etmək üçün maliyyə məlumatlarını (gəlir, xərc, pul vəsaitinin idarəolunması) təhlil etmək;

  • Aylıq olaraq xərclərin səmərəliliyini təhlil etmək, xərclərin azaldılması və bu kimi istiqamətlərdə alternativ təşəbbüslər ilə çıxış etmək;

  • Maliyyə hesabat prosedurlarını daxili nəzarət tələblərinə və beynəlxalq maliyyə hesabatı standartlarına cavab verən şəkildə icra etmək;

  • Fəaliyyət istiqamətləri üzrə proqram təminatlarının işlənilməsində və müvafiq proseslərin avtomatlaşdırılmasında bilavasitə iştirak etmək;

  • Maliyyə ehtiyatlarının və maliyyə xərclərini analiz etmək;

  • Qanunvericiliyə əsasən vəzifə üzrə digər funksiyaların həyata keçirilməsi.

                

VƏZİFƏNİN TUTULMASINA DAİR TƏLƏBLƏR:

  • Təhsil tələbi: Ali təhsil; (Maliyyə, mühasibatlıq və ya oxşar sahələr);

  • İş stajı: Müvafiq sahədə 3 ildən az olmayan iş təcrübəsi;

  • Dil bilikləri: dövlət dili (sərbəst), rus dili (orta səviyyədə), ingilis dili (arzuolunandır);

  • Kompüter bilikləri: “Microsoft Office” proqramları (yaxşı səviyyədə), 1 C mühasibatlıq proqramı (yaxşı səviyyədə);

  • Digər tələblər: Beynəlxalq maliyyə və mühasibatlıqla bağlı olan sertifikatların (ACCA F3, F7, IFRS) olması əlavə üstünlükdür.

 

VƏZİFƏYƏ DAİR TƏLƏB EDİLƏN ŞƏXSİ KEYFİYYƏTLƏR VƏ BACARIQLAR:

  • Məsuliyyətlilik;

  • Etibarlılıq, dürüstlük;

  • İnkişaf yönümlü və innovativlik;

  • Operativlik, çeviklik;

  • Təşəbbüskarlıq;

  • Nəticəyə hədəfli;

     

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə Maliyyə şöbəsinin baş mütəxəssisi yazaraq [email protected]  ünvanına göndərmələri xahiş olunur.

Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.