Sistem İnzibatçısı

İşin təsviri

Özünə və peşəkarlığına güvənən, İT sahəsində müvafiq təcrübəsi olan namizədləri komandamıza qoşulmağa dəvət edirik.

Bizim üçün ideal namizəd :

- İT, Sistem idarəetməsi və texniki dəstək sahəsi üzrə Ali təhsilli;
- İT sahəsində ən azı 5 illik iş təcrübəsi olan;
- Aşağıdaki Sertifikatların olmasına üstünlük verilir:
- Microsoft Windows Server Certificates (MTA. MCSA, MCSD, MCSE)
- RHCSA,
- RHCE,
- VCA, VCP, VCAP, VCDX,
- Comtia Network,
- Comptia Server,
- HPE Certificates.

O cümlədən :

- Komandada işləmə bacarığı, ünsiyyət, işgüzarlıq, əməkdaşlıq baxımından yüksək bacarıqlara sahib olmalı;
- Rus və ingilis dillərini yaxşı səviyyədə bilənlərə üstünlük verilir.

Hansı işləri görəcəksiniz :

- Şəbəkə proqramlarını serverlərdə və iş stansiyalarında quraşdırılması;
- Serverlərdə və şəbəkə avadanlıqlarında sistemin təmzinlənməsi;
- Fayl serverlərində, verilənlər bazası idarəetmə sistemlərinin və iş stansiyalarında proqram təminatının inteqrasıyasını təmin etmək;
- Sistemdəki nasazlıqların və pozuntuların səbəblərini təhlil etmək, onların aradan qaldırılmasını və qarşısının alınması;
- İstifadə olunan proqram məhsullarının keyfiyyətini və etibarlılığını artırmaq üçün təkliflərin hazırlanması;
- İdentifikator və şifrə siyasətini təyin etmək;
- İstifadəçilərə şəbəkədən necə istifadə etməyi, arvix idarəçiliyin öyrədilməsi, şəbəkə ilə əlaqəli istifadəçi suallarına düzgün cavab vermək, şəbəkə proqramı ilə işləmək üçün təlimat tərtibində dəstək görsədmək və istifadəçilərin diqqətinə çatdırmaq,
- İnternet resursların istifadəsinə nəzarət etmək;
- Xarici, daxili və beynalxalq rabitə və internet çixişları təmin etmək və fəaliyyətinə nəzarət etmək;
- İstifadəçilər üçün məhdudiyyətləri qurmaq; serverlər və digər resurslar üçün;
- Məlumatların (bazaların), serverlərin, şəbəkə avadanlıqların sürəti və ehtiyat nüsxəsini təmin etmək;
- İnformasiya sisteminin dayanlığını artırmaq üçün təkliflər hazırlayib, müəssisənin informasıya infrastrukturunun və informasiya xidmətlərinin inkişafı strategiyasının hazırlanmasında iştirak;
- Şəbəkə avadanlıqlarında nasazlıqlar olduqda sistemin bərpasında iştirak etmək;
- İstifadəçilərin və şəbəkə proqramlarının səhvlərini aşkar edib sistemi bərpa etmək;
- Şəbəkəyə nəzarət etmək, şəbəkə infrastrukturun inkişafı üçün təkliflər hazırlamaq;
- Şəbəkə təhlükəsizliyini (məlumatlara icazəsiz daxil olmaqdan, sistem fayllarını və məlumatların görünməsindən və ya deyişdirilməsindən qorunması) və işləmə təhlükəsizliyini təmin etmək;
- Şəbəkə və server avadanlıqlarının modernləşdirilməsi və alınması üçün təkliflərin hazırlanması;
- Məlumat sistemi komponentlərinin (əməliyyat sistemi, antivirus qorunması, firewall, proqram paketləri, yeniləmə alt sistemləri və s.) səmərəli və fasiləsiz işlənməsini təmin etmək;
- Şəbəkənin serverlərinin və iş stansıyalarının antivirus ilə qorunmasını həyata keçirmək;
- Telefoniya sisteminə nəzarət etmək və yaranan problemlərə qarşı lazımı tədbirlər görmək.

Nə əldə edəcəksiniz ?

- Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
- Adekvat əmək haqqı;
- Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;
- Davamlı karyera imkanı.

Əlavə məlumatlar :

- Əmək haqqı razılaşma əsasında;
- Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə;
- İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00, 5 günlük iş həftəsi;
- İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Sistem İnzibatçısı” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur.