Şəxsi köməkçi (PA)

  • Parabank ASC
  • Elanın qoyulma tarixi: 23.04.2012
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə: İdarə Heyəti Sədrinin şəxsi köməkçisi

Namizədlərə olan tələblər:

o Humanitar və ya iqtisadi sahədə ali təhsilin olması;
o Personal assistent vəzifəsində minimum 2 il iş təcrübəsi
o Azərbaycan, rus və ingilis dillərini mükəmməl bilməli
o İdarə Heyətinin birbaşa tapşırıqlarını icra etmək qabiliyyətinə malik olmalı;

Vəzifə öhdəlikləri:     

• İdarə Heyətinin sədr müavinlərinin tapşırıqlarının icrası;
• İdarə Heyətinin sədrinə müavinlərin kurasiyaları üzrə qərarlarının, tapşırıqlarının icrası barədə hesabatın verilməsi;
• İdarə Heyətinin sədr müavinlərinin adından göndərilən bütün məktub, sərəncam, tapşırıq layihələrinin hazırlanması və imzaya təqdim edilməsi;
• Iclasların gündəliklərinin, iclas materiallarının surətləri çıxarılaraq İdarə Heyətinin sədr müavinlərinə çatdırılması;
• İclasların vaxtında keçirilməsini təmin edilməsi məqsədilə iclas cədvəlinin qabaqcadan hazırlanması və iclasdan qabaq iclas iştirakçılarının məlumatlandırılması;
• İdarə Heyəti sədrinin tapşırıqlarının icraçılara çatdırılması, icrasının təmin edilməsi, mütəmadi olaraq icrada olan işlərin vəziyyəti barədə müvafiq şəxsləi məlumatlandırılması;
• Icrada olan işlərin cədvələ salınması və mütəmadi olaraq icraçılardan icranın tələb edilməsi və nəzarətdə saxlanılması;
• Əmr, qərar, məktub və tapşırıqlar siyahısının hazırlanması, icrası haqqında gündəlik İdarə Heyətinin sədr müavinlərinə məlumatların təqdim edilməsi;
• Zərurət yarandığı halda keçirilən iclaslara katiblik edərək həmin iclasın protokolunun hazırlanması;
• Texniki avadanlıqlardan (kompyuter, kserokopiya, skaner, printer, faks, telefon) istifadə etməklə lazımi tapşırıqları yerinə yetirmək;
• Katibliyin ümumi şöbəsinin mütəxəsisi işdə olmadığı halda onu əvəz edilməsi;
• Üzərinə düşən işlərin Kargüzarlığın aparılmasına dair təlimatın, banklarda korporativ idarəetmə standarlarına, eləcə də digər normativ-hüquqi sənədlərin tələblərinə uyğun təşkili;
• Katibliyin müdirinə görülmüş işlər barədə həftəlik hesabatın verilməsi;
• Daxili Əmək intizamı qaydalarına əməl edilməsi;
• Katibliyin müdirinin cari tapşırıqlarının yerinə yetirilməsi.

CV-zin [email protected] ünvanına yollamağlnlz xahiş olunur.