Referent

  • Grand-Agro LLC
  • Elanın qoyulma tarixi: 19.01.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əlavə məlumat

- İş yeri – Çinar Plaza
- İş qrafiki: həftənin 5 günü, saat 08:00-dan 17:00-dək
- Nahar Şirkət tərəfindən verilir, Sınaq müddətindən sonra ailə üzvləri daxil tibbi sığorta
- Əmək haqqı razılaşma yolu ilə, Qanunvericiliyin tələbinə uyğun olaraq tam rəsmiləşdirmə

Vakansiya – “Referent

Vəzifə öhdəlikləri:

- Daxil olan və çıxan bütün sənədlərin qeydiyyatı, aidiyyatı struktur bölmələrə sənədlərin çatdırılması, izlənməsi və arxivləşdirilməsini həyata keçirir.
- Korrespondensiyanı, dərkənar və imza üçün daxil olan sənədləri rəhbərliyə təqdim edir,
- Şöbələrdən digər idarə və təşkilatlara ünvanlanan sənədlərin göndərilməsini təşkil etmək. Bunun üçün sürücü və ya poçt xidməti şirkəti ilə əlaqə saxlamaq və sənədin vaxtında göndərilməsini və çatdırılmaya nəzarəti təmin etmək;
- Daxil olan zənglərə cavab verilməsi və lazımi ünvanlara yönləndirilməsi
- Qonaqların qarşılanması, görüşlərin və iclasların təşkil olunması
- Məktub, arayış, akt, protokolları skan etmək və Cəmiyyətin daxili proqram təminatında qeydiyyata salmaq
- İdarə heyətinin sədrinin xidməti tapşırıqlarının icrası , printer, skan, fax ilə əlaqədar işləri yerinə yetirmək

Tələblər:

• Təhsil : Təhsil - Ali
• Təcrübə: Əlaqədar sahədə minimum 1 –3 il
• Dil bilikləri: Azərbaycan Dili ana dili ,Rus dili (səlis), İngilis dili (üstünlük verilir)
• İT üzrə biliklər: Ms. Office, Excell yaxşı səviyyədə

Səriştəlik:

• Məsuliyyətlilik, disiplinlilik, təşkilati bacarıq
• Problem həll etmə və əməkdaşlıq bacarıqları
• Güclü şifahi və yazılı ünsiyyət, fikirlərini düzgün çatdırmaq,
• Prinsip və Dəyərlərə sadiqlik, etibarlılıq
• Prosedur və qaydalara riayət etmək
• Operativlik və İcra etmək bacarığı
• Detallara fikir vermə

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə “Referent” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

İşəgötürənin reytinqi