Layihə rəhbəri

İşin təsviri

Vəzifə

Sizin vəzifəniz Agentliyin Nizamnaməsinə və müvafiq struktur bölməsinin əsasnaməsinə uyğun olaraq təhsil sahəsi üzrə müvafiq layihələrin icrası ilə bağlı cari prosesin təkmilləşdirilməsi və nəzarət olacaqdır.

Məsuliyyət

• Layihələrin müəyyənləşdirilməsi, prioritetləşdirilməsi və həyata keçirilməsi üçün müvafiq struktur bölmə rəhbərləri ilə əməkdaşlığın təmin edilməsi;
• Layihənin icrası üzrə işlərin həyata keçirilməsinin təşkili, əlaqələndirilməsi və müəyyən edilmiş büdcə, plan, keyfiyyət standartları və tələblərə əsasən layihənin idarə edilməsi;
• Layihə üzrə Agentliyin təmsil edilməsi, müvafiq qurumlarla münasibətlərin qurulması və tənzimlənməsi;
• Lahiyə çərçivəsində son tarixləri təyin edərək icra üzrə düzgün vəzifə bölgüsünün aparılması və komanda işinin idarə edilməsinə nəzarət;
• Strateji təhlilin və layihələrin icrasında mövcud boşluqların mütəmadi əhatəli təhlilinin həyata keçirilməsi, risklərin və resursların analizi, onların həlli istiqamətində tədbirlərin görülməsi;
• Yeni layihələrin hazırlanması və mövcud layihələr üzrə proseslərin təkmilləşdirilməsi;
• Rəhbərlik tərəfindən həvalə olunan digər aidiyyəti tapşırıqların yerinə yetirilməsi və mütəmadi qaydada hesabatların verilməsi;

Tələblər

• Ali təhsil;
• Dövlət Qurumlarında və yə digər əlaqəli müəssisələrdə layihə rəhbəri kimi ən azı 2 il iş təcrübəsi;
• Yüksək səviyyədə Azərbaycan, ingilis və rus dili biliyi;
• Microsoft Office proqramlarını yüksək səviyyədə bilmək və internet resurslarından mükəmməl istifadə bacarığı;
• Effektiv şifahi və yazılı peşəkar kommunikasiya bacarığı;
• Beynəlxalq təcrübəni öyrənmək, təhlil etmək və tətbiqinə nail olmaq bacarığı;
• Analitik, strateji düşünmə və problemlərin öhdəsindən asanlıqla gəlmək bacarığı;
• Təşəbbüslər ilə çıxış etmək bacarığı;
• Gərgin iş rejimində işləmək bacarığı;

Üstünlüklər

1. Dövlət qurumlarında təmsil olunma və dövlət əhəmiyyətli tapşırıqların icrası;
2. Dövlət qurumlarında karyera qurmaq və vəzifədə irəliləmək imkanı;
3. Rəqabətqabiliyyətli və nəticəyönümlü əməkhaqqı sistemi.

İş qrafiki: bazar ertəsi-cümə, saat 09:00-18:00
Son müraciət tarixi: 14.02.2021

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə “Layihə rəhbəri” qeyd etməklə göndərə bilərlər.