Məktəb inspektoru

İşin təsviri

Tələblər

• Ali təhsil;
• Sahə üzrə mövcud qanunvericilik, qayda və tənzimləmələr haqqındda biliklər;
• Minimum 8 il pedaqoji sahədə iş təcrübəsi (idarəetmə sahəsində iş təcrübəsi arzuolunandır);
• Ümumtəhsil məktəblərində keyfiyyət qiymətləndirilməsi sahəsində beynəlxalq təcrübəni araşdırma, öyrənmə bacarığı;
• Yüksək səviyyədə Azərbaycan dili biliyi (ingilis və rus dili biliyi arzuolunandır);
• “Microsoft Office” proqramları və internet resurslarından istifadə bacarığı;
• Effektiv şifahi və yazılı peşəkar kommunikasiya bacarığı;
• Analitik, strateji düşünmə və problem həlletmə bacarığı;
• Monitorinq və qiymətləndirmə bacarığı;
• Təşkilatçılıq bacarığı;
• Komandada işləmə bacarığı;
• Zərurət olduqda, ölkə ərazisi üzrə səyahət etmək imkanı;
• Minimum yaş həddi - 30 yaş

Üstünlüklər

• Dövlət qurumlarında təmsil olunma və dövlət əhəmiyyətli tapşırıqların icrası;
• Dövlət qurumlarında karyera qurmaq və vəzifədə irəliləmək imkanı;
• Əmək haqqı yüksəkdir.

İş qrafiki: Tam ştat (bazar ertəsi-cümə, saat 09:00-18:00) və ya xidməti müqavilə əsasında sərbəst qrafik.

Son müraciət tarixi: 25.06.2021

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə “məktəb inspektoru” qeyd etməklə göndərə bilərlər.