Layihələrin İdarəetmə Ofisinin Rəhbəri

İşin təsviri

Məsuliyyət

• Təşkilatda icra olunan layihə planlarının tərtib olunmasını təmin etmək, təşkilatın strateji tədbirlərinin müəyyən olunmasında iştirak etmək;
• Həyata keçirilən prioritet layihələrin icrasını əlaqələndirmək, məlumat paylaşımı təmin etmək;
• Layihələrin icrası ilə bağlı əhatəli təhlil həyata keçirmək, risklərin idarə olunmasını təmin etmək;
• Layihə planlarına uyğun olaraq fəaliyyətlərin icrasını izləmək, zəruri görüşlərin və müzakirələrin keçirilməsini təmin etmək;
• Layihələrin planlaşdırılması, icrasının izlənməsi və hesabatlılığın təmin olunması üçün elektron həlləri hazırlamaq və tətbiqinə nail olmaq;
• Layihələrin icrasına dair rəhbərlik üçün hesabatlar hazırlamaq;

Tələblər

• Layihələri idarə etmə bacarığı (PMP sertifikatı üstünlükdür);
• Maliyyə, satınalma, təchizat, hüquq prinsiplərini anlamaq;
• MS Office proqramlarını mükəmməl bilmək (özəlliklə də MS Project, MS Excel, MS Visio, MS Power Point);
• Azərbaycan və İngilis dillərini səlis bilmək;
• Yüksək dərəcədə təşkilatçılıq və komanda işi bacarığı;
• Mükəmməl ünsiyyət bacarıqları;

İş qrafiki: bazar ertəsi-cümə, saat 09:00-18:00

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə “Layihələrin İdarəetmə Ofisinin Rəhbəri” qeyd etməklə göndərə bilərlər.