Satış meneceri

  • GerLift Group LLC
  • Elanın qoyulma tarixi: 11.01.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat

• Bazarın araşdırılması yolu ilə yeni müştərilərin aşkar edilməsi, müştəri bazasının formalaşdırılması və potensial müştərilərlə işgüzar əlaqələrin qurulması;
• Şirkətin məhsullarına dair tanıtımlar etmək, müştərilərə müəssisə, mal və xidmətlər haqqında dolğun, ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması;
• Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
• Yeni və mövcud layihələr üzrə satış strategiyasının hazırlanması, qarşıya qoyulan hədəflərin və satış planının yerinə yetirilməsi;
• Gündəlik, həftəlik, aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
• Əmək haqqı – 700 AZN və satışdan yüksək faiz;
• İş qrafiki: 09:00 - 18:00;
• İstirahət günü - Bazar günü.

Namizədə tələblər

• Ali təhsil;
• Dil bilikləri: Azərbaycan dili, Rus dili, İngilis dili arzuolunandır;
• Marketinq və satış sahəsində 3-5 il iş təcrübəsi;
• İnşaat avadanlıqları, lift və eskalatorların satışı sahəsində təcrübəsi olanlara üstünlük veriləcəkdir;
• Mc. Office proqramlarını yaxşı şəkildə bilmək ;
• Müştərilərlə konsultasiya və satışın reallaşdırılması bacarığı;
• Güclü ünsiyyət və danışıq aparmaq qabiliyyəti ;
• Müştərilərə malı təqdim etmək bacarığı;
• Satış işinin qurulması bacarığı;
• Məsuliyyət,dinamiklik;
• Sürücülük vəsiqəsinin olması;
• Yaş həddi : 25-35

Maraqlanan namizədlərdən öz CV-lərini [email protected] poçt ünvanına, mövzu bölməsində satış meneceri yazmaqla göndərmələri xahiş olunur.

QEYD: Tələblərə uyğun olmayan və "Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq.