Layihələr üzrə mühəndis

İşin təsviri

•Müəssisənin adı: “Qazax Sement Zavodu” MMC
•Əsas iş yeri: Qazax rayonu, Daş Salahlı kəndi

Namizədə dair tələblər:

•Texniki və ya inşaat sahəsi üzrə ali təhsilli olmalıdır,
•Aidiyyatı sahə üzrə minimum 3 il iş təcrübəsi olmalıdır,
•Microsoft Office proqramları, xüsusi ilə Microsoft Excel və Microsoft Word proqramlarında sərbəst işləməyi bacarmalıdır,
•Güclü kommunikasiya və prezentasiya bacarıqları olmalıdır,
•Rus və / və ya ingilis dilini sərbəst bilməsi vacibdir.

Əsas vəzifə öhdəlikləri:

•İnvestisiya planının hazırlanmasında iştirak etmək.
•Büdcəyə müvafiq olaraq layihələri əlaqələndirmək və layihə mərhələlərini idarə etmək.
•Layihələrin mövcud statusunu izləmək və hesabatları hazırlamaq
•İcra olunan layihələr barəsində aylıq və illik hesabatlar hazırlamaq
•Layihələrin monitorinqini aparmaq və onları nəzarətdə saxlamaq
•Layihənin idarə olunması üçün təhlil və qiymətləndirməyə dəstək olmaq
•Layihələrin zaman və iş planının hazırlanması və izlənməsi həyata keçirmək
•Layihənin müqaviləyə və texniki şərtnaməyə uyğunluğunu təmin etmək
•Layihə-smeta sənədlərinin alınmasını, yoxlanılmasını və saxlanılmasını təşkil etmək
•Tikinti sahələrinin texniki sənədlərlə vaxtında təmin olunmasını təşkil etmək
•Layihə-smeta sənədləri əsasında faktiki iş həcmlərini müəyyənləşdirmək və normalar əsasında istifadə olunacaq materialların sifarişini hazırlamaq
•İş planı əsasında material resurslarının ardıcıllığını müəyyənləşdirmək, sifarişlərin vaxtında və iş planına uyğun ardıcıllıqla verilməsini təmin etmək
•Görülmüş işlərin yerinə yetirilməsi aktlarının (F-2, F-3) faktiki iş həcmlərinə görə yazılmasını və layihə sənədləri ilə yoxlanılmasını təmin etmək
•Tikinti sahələrində istifadə olunmuş tikinti materiallarının normalara uyğun işlədilməsinə, saxlanılmasına və silinməsinə nəzarət etmək
•Texniki hesabatları normalara əsaslanaraq yoxlamaq, hesabatların vaxtlı-vaxtında mühasibatlığa verilməsini təmin etmək
•Texniki sənədlərin tikinti normalarına və qaydalarına uyğun hazırlanmasına nəzarət etmək
•Layihə-smeta və texniki sənədlərin saxlanılmasını və arxivləşdirilməsini təmin etmək
•Sahələr arası işlərin əlaqələndirilməsinə nəzarəti həyata keçirmək
•Podratçı və Subpodratçılar ilə bağlanmış müqavilələri layihə-smeta sənədləri əsasında yoxlayaraq iş həcmlərinə və qiymətlərə nəzarət etmək
•İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək
•Vəzifəsinə uyğun olaraq Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

Əsas təminatlar:

• Əmək haqqı razılaşma əsasında,
• Nahar ilə təmin olunur,
• Aylıq mobil rabitə limiti ilə təmin olunur,
• Zavod ərazisində yaşayış yeri şirkət tərəfindən təmin olunur (Adminstrativ heyət üçün zavod ərazisində yüksək səviyyəli Hotel – yataqxana fəaliyyət göstərir),
• İşçilərin iş yerinə rahat gediş-gəlişi üçün ətraf yaşayış məntəqələrinə (Qazax və Ağstafa rayonları) komfortlu servis avtobusları fəaliyyət göstərir.

E-mail: [email protected]. Mövzu hissəsində "Layihələr üzrə mühəndis" qeyd olunması zəruridir.

Qeyd: Xahiş olunur fikri ciddi olmayan və tələb olunan sahə üzrə iş təcrübəsi olmayan namizədlər CV göndərməsin.