Şirkət Laboratoriya məhsulları üzrə satış mütəxəssisi vəzifəsinə təcrübəli işçi dəvət edir.
İş barədə qısa məlumat
- Bazarı xarakterizə edən məlumatları toplayır, analiz edir, perspektivləri qiymətləndirir;
- Marketinq strategiyası və marketinq planının hazırlanmasında iştirak edir;
- Laboratoriya məhsullarının satışını artırmaq məqsədilə stimullaşdırıcı aksiyalar keçirir və təqdimatlar təşkil edir;
- Satışın düzgün təşkil edilməsini təmin edir;
- Potensial müştərilərin əməkdaşlığa cəlb olunmasını təmin edir;
- Müştərilər haqqında məlumat bazası yaradır;
- Müştərilərlə iş və görüş planı həyata keçirir.
Tələblər:
• Təhsil: Ali (Kimya-biologiya və ya tibbi təhsil arzuolunandır).
• İş təcrübəsi: Müvafiq sahədə 1 il iş təcrübəsi.
• Peşə bacarıqları:
- Satış bacarıqları.
- Müştərilərlə ünsiyyət və əməkdaşlıq qurmaq bacarığı.
• Dil bilikləri:
Azərbaycan və Rus dillərini bilmək vacibdir.
İngilis dilini bilmək arzuolunandır.
Əmək haqqı iş təcrübəsi və peşəkar keyfiyyətlərinə əsasən müəyyən olunacaqdır.
Maraqlananlar CV-lərini [email protected] elektron ünvanına 08.02.2021-ci il tarixinə qədər göndərə bilərlər. Elektron məktubun mövzu (subject, тема) hissəsində “Laboratoriya mütəxəssisi” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.