Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndis

  • Company
  • Elanın qoyulma tarixi: 03.01.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

- İstehsalatda əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına nəzarət etməlidir.
- İstehsalatda zədələnmə səbəblərinin analizi və qarşısını almaq üçün tədbirlər hazırlamalı və onların həyata keçirilməsini təşkil etməlidir.
- İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etməlidir.
- İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasını təşkil etməlidir.
- Binanın, qurğuların və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətin yoxlanılmasında iştirak etməlidir.
- Struktur bölmələrində, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin görülməsində iştirak etməlidir.
- İşə götürülənlərlə giriş təlimatı aparmalı və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına köməklik etməlidir.
- ƏM və TT bağlı təlimatların işlənib hazırlanmasını təmin etməlidir.
- Rəhbərinə hesabatlar təqdim etməlidir.

Namizədə tələblər: 

- Ali Təhsilli
- Müvafiq sahə üzrə 1-2 il iş təcrübəsi;
- Microsoft office proqramlarından istifadə bacarığı.

İş şərtləri: 

- Həftədə 6 iş günü, 1 gün istirahət;
- Əmək haqqı: 700 -800 AZN;
- Korporativ nömrə və danışıq vaxtı şirkət tərəfindən təmin edilir.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə “ƏM və TT üzrə mühəndis” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.