Elektrik montyoru

İşin təsviri

Əsas vəzifə və öhdəliklər:

1.Elektrik avadanlığının təmiri və istismarı üzrə müxtəlif elektrik maşınlarının, elektrik cihazlarının, istənilən elektrik və gərginlikli və avtomatlaşdırılmış xətlərin elektrik cihazlarının çeşidlərini, elektrik sxemlərini, düzgünlüyünü yoxlamaq üsullarını və qaydalarını;
2.Avtomatik tənzimləmə sxemləri və onların tənzimlənməsi metodları; elektron sistemlər, alovlandırıcı qaynaq maşınlarına xidmət qaydaları; 3.Elektrik kabellərin,maşınlarının, elektrik cihazlarının kompleks sınaq üsulları;
4.Birxəttli elektrik diaqramlarının tərtib edilməsi və oxumaq qabiliyatı və digər texniki sənədlərin tərtib edilməsi qaydaları;
5.Yarımstansiyaların 0.4kV hissəsindən anlayışı olmalıdır;
6.Dəzgah, elektrik motoru, sahə elektrik panellərinin qaydalara uyğun ilaraq montaj və təmir işləri;
7.Genetator, transformator, 0.4kV paylayıcı panellərlin və müxtəlif elektrikli əl alətləri və qaynaq apparatlarının istismar zamanı xidmət və təmir işləri;
8.Verilmiş tapşırıqlara əsasən elektrik yuvalarının quraşdırılması və verilmiş elektrik sxemləri üzrə işlərin görülməsi;
9.Elektrik verilişi və digər işlər üzrə layihələndirmə işlərində iştirak etmək;
10.Tələb olunan elektrik kabel, naqil və s. elektrik cihazlarının, qurğularınin quraşdırılması;
11.Güc və işıqlandırıcı şəbəkələrdə tənzimləyici aparatlarda və elektrik mühərriklərində nasazlıqların aşkar edilməsi və sadə zədələnmələrin aradan qaldırılması;
12.Mürəkkəb olmayan işıqlandırıcı armaturun elektrik açarlarının, ştepsel qablarının, divar patronlarının qurulması işini yerinə yetirilməsi;
13.Kabel və məftillərin uclarının kəsilməsi, preslənməsi və sonluqların lehimlənməsi
14.İlk yardım qaydalarını bilmək;
15.İstehsalat sanitariyası və yanğından mühafizə qaydalarını bilmək;
16.Bilavasitə rəhbərliyin əmrləri və təlimatları icra etmək;
17.Əmək intizamına, iş yerində davranış standartlarına, SƏTƏM qaydalarına ciddi riayət etmək;

Tələb olunanlar:

- Təhsil dərəcəsi: Orta (Müvafiq sahə üzrə Azərişıq ASC və ya "Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi" tərəfindən razılaşdırılmış təlim müəssisələrində təlim almış, hər il təkrar bilik yoxlamasından keçmiş və sertifikatlı olması vacibdir)
- Təcrübə: Sahə üzrə ən az 3 il

İş barədə məlumat:

“Crocus Construction” MMC, Nardaran qəsəbəsi.
Ə/h 900 AZN. Qrafik 6/1, 09:00-18:00
Koroğlu metrosundan nəqliyyat servisi şirkət tərəfindən təmin edilir.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər, növbəti elektron ünvana CV göndərə bilərlər: [email protected]