Marketinq mütəxəssisi (Gəncə)

İşin təsviri

Təhsil Mərkəzi 2012-ci ildə Göygöl rayonunda abituriyent hazırlığı kimi fəaliyyətə başlamışdır. Şirkət hal-hazırda 5 filialda (2 filial - Gəncə, 2 filial - Göygöl, 1 filial - Şəmkir) və aşağıdakı xidmətlər üzrə fəaliyyət göstərərək, böyüməkdə davam edir. Hədəfimiz milli təhsil brendi yaratmaq və bütün ölkə üzrə genişlənməkdir.

- Abituriyent hazırlığı
- Təkmilləşdirmə kursları
- Müəllimlərin işə qəbul (MİQ) imtahanlarına hazırlığı

Vakansiya: Marketinq mütəxəssisi - Gəncə

İş yeri: Gəncə şəhəri
İş saatı: 09:00 - 18:00
İş rejimi: 6 günlük

Əsas vəzifə və öhdəlikləri

- CRM proqramı üzrə tələb olunan əməliyyatları həyata keçirmək, müştəri yönümlü təhlillər aparmaq;
- Proqram təminatı üzrə işçilərin istifadə etməsinə nəzarət;
- Sosial Media hesablarının idarə edilməsinin təşkili;
- Mövcud, həmçinin yeni layihələr üzrə marketinq planlanlarının işlənilməsi və reallaşdırılması;
- Xidmətlərimizin müştərilərə düzgün kommunikasiyasının həyata keçirilməsi;

Namizədə tələblər:

- Ali təhsil (Marketinq, Menecment və digər iqtisadi yönümlü ixtisaslar üstünlükdür)
- Marketinq sahəsində 1 ildən az olmayaraq iş təcrübəsi;
- Analitik düşüncə tərzi, kreativlik, müştəri yönümlülük, məsuliyyətlilik
- Marketinq strategiyaları və üsulları üzrə biliklər
- Excel və PowerPoint istifadə bacarığı

Vakansiyaya müraciət üçün “Marketinq mütəxəssisi-Gəncə” başlığı ilə [email protected] mail ünvanına göndərilməsi xahiş olunur.