Hüquqşunas
Namizədə tələblər:
Hüquqşunas vəzifəsinə – Təhsilini uğurla başa vurmuş,öz işinə ciddi yanaşan, daimi inkişaf axtarışında olan, komandayla işləmə bacarığı olan işçi axtarışındayıq.
• Yaş – 25-35
• Təhsil – Ali ( Bakı Dövlət Universitetinin hüquq fakultəsini qırmızı diplomla bitirmiş namizədlərə üstünlük veriləcəkdir)
• Azərbaycan Respublikasının qanunlarını, mülki, mülki prosessual, inzibati və inzibati prosessual qanunvericiliyi, icra haqqında qanunu, əmək qanunvericiliyini və beynəlxalq qanunvericiliyi yüksək səviyyədə bilməli;
• Dil bilikləri – Azərbaycan dili (mükəmməl) ,Rus dili ( yaxşı), İngilis dili (arzu ediləndir)
• Proqram bilikləri – Ms Office proqramları
• İş təcrübəsi – 0-1 il
• Aktiv, məqsədyönlü, işini sevən olmalı.
• Vaxt idarəetmə bacarıqları yüksək inkişaf etmiş olmalı
Vəzifə öhdəlikləri:
• Hüquqi şəxsin, filial və nümayəndəliklərin təsis edilməsi, qeydiyyat məlumatlarındakı dəyişikliklərin dövlət qeydiyyatına alınması və ləğvi üçün lazımi sənədlərin tərtib edilməsi;
• Hüquqi xarakterli sənədlərin,müqavilələrin hazırlanması;
• Şirkətə daxil olan hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması;
• Şirkətin fəaliyyəti ilə bağlı imzalanan bütün əqdlərin, o cümlədən, beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirilməsi;
• Şirkətin bütün struktur bölmələrində mövcud olan hüquqi problemlərin yerində araşdırılması və işçilərin təlimatlandırılmasında iştirak etməsi;
• Standart müqavilə formalarının hazırlanmasında iştirak etmək; Qarşı tərəfin təqdim etdiyi müqavilələrin qanunvericiliyin və Cəmiyyətin maraqlarına uyğunluğunu yoxlamaq;
• Birbaşa rəhbərinin konkret tapşırıq və sərəncamlarını yerinə yetirmək;
• Şirkətlər Qrupunun maraqlarının məkhəmələrdə, hökümət orqanlarında və özəl idarələrdə müdafiəsi, həmçinin məhkəmə işlərinin və məhkəmə qərarlarının icrası proseslərinin aparılması;
• Şirkətlər Qrupunun daxil olan bütün struktur bölmələrinin hüquqi məsləhət və yardımla təmin etməli;
İş barədə məlumat:
• Əmək haqqı razılaşma əsasında
• Karyera yüksəliş
Maraqlananlar cv-lərini mövzu yerinə “Hüquqşunas” yazaraq , [email protected] mail ünvanına göndərə bilərlər. Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.