Marketinq meneceri

  • Super Toys
  • Elanın qoyulma tarixi: 14.12.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə : Marketinq meneceri
İş yeri : Əhməd Rəcəbli 156 ( Aynalı Plaza) yerləşir.
Əmək haqqı :1200 – 1500 azn

Vəzifə öhdəlikləri:

● Mövcud və gələcək məhsul və xidmətlərə qarşı bazar tələblərinin müəyyənləşdirilməsini təşkil edərək, şirkətin bazarda təqdim etdiyi xidmətlər üzrə sosial media fəaliyyətlərini koordinasiya etmək;
● Şirkətin rəqəmsal marketinq fəaliyyətlərinin icrasını təmin etmək;
● Razılaşdırılmış büdcə çərçivəsində marketinq fəaliyyətini həyata keçirmək;
● Müştərilərin tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analizini hazırlamaq;
● Rəqabət analizi və təhlillərin aparılmasında iştirak etmək;
● Müştəri bazası, məhsul və xidmətlərin analiz prosesində iştirak edərək, reklamların sifarişə və hazırlanmasına nəzarət etmək;
● Müştəri xidmətlərinin yaxşılaşdırılmasına dair layihələri təşkil və həyata keçirmək;
● Marketinq sahəsinin inkişafı məqsədilə, daim yeni axtarışlar etmək və müvafiq istiqamətlər barədə rəhbərliyə məlumat vermək;
● Şirkətin strateji marketinq planının icrasını həyata keçirərək, tabeliyində olan komandanı idarə etmək;
● Marketinq kommunikasiya kanalları ilə işləmə bacarığı;

Namizədə Tələblər:

● Ali təhsil (Marketinq və ya Biznes Menecment sahəsində üstünlükdür);
● Marketinq sahəsində minimum 3 il iş təcrübəsi mütləqdir;
● Azərbaycan dili - yüksək, İngilis və Rus dilləri arzuolunandır;
● Yüksək analitik qabiliyyət, ünsiyyət və təqdim etmə bacarıqları;
● Dürüstlük, məsuliyyətlilik,çeviklik, idarəetmə bacarığı;
● Məqsədyönlülük, təşəbbüskarlıq, yenilikçilik, kreativlik;
● Komandada işləmə və komandanı idarəetmə;

Komandamızda olmaq istəyən maraqlı olan namizədlərdən vakansiya ilə əlaqədar “CV”–lərini mövzu hissəsində vəzifə adını “ Marketinq meneceri” qeyd etməklə, ([email protected] ) ünvanına göndərə bilərlər.