AzərKredit-də Yay Təcrübə Proqramı

İşin təsviri

AzərKredit-də Yay Təcrübə Proqramı

Vijn Fond AzərKredit MMC (AzərKredit) 1996-cı ildə insanlara öz həyatlarını və rifahlarını idarə edə bilmələrini təmin etmək üçün kreditlərin verilməsi məqsədilə ümumdünya yardım və inkişaf təşkilatı olan Vörld Vijn Azərbaycan təşkilatının bir proqramı olaraq yaradılmışdır. 2003-cü ildə Azərbaycan Mərkəzi Bankının lisenziyasını alaraq Bank Olmayan Kredit Təşkilatı öz fəaliyyətinə başlamışdır. AzərKredit təşkilatının missiyası aztəminatlı insanların həyatlarında müsbət təsirə səbəb olacaq maliyyə xidmətlərinin təqdim edilməsidir. AzerKredit Bakı Dövlət Universiteti, Milli Aviasiya Akademiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında hüquq və beynəlxalq hüquq üzrə təhsil alan və ixtisasları üzrə təcrübə qazanmaq istəyən yüksək potensiallı tələbələrin və istedadlı gənclərin axtarışındadır. Bu məqsədlə AzərKredit hal-hazırda təşkilatın baş ofisinin Hüquq Departamentində praktika keçmək məqsədi ilə tələbələr üçün Yay Təcrübə Proqramını elan edir.

Yay Təcrübə Proqramının məqsədi hüquq fakültəsində oxuyan və maliyyə institutlarında karyera qurmaq arzusunda olan tələbələrə, təşkilatın həyata keçirdiyi kredit layihələrində iştirakını təmin edərək praktiki təcrübə qazandırmaq imkanını yaratmaqdır. Yay Təcrübə Proqramı tələbələrə AzərKredit təşkilatının fəaliyyəti haqqında ətraflı məlumat almaq və təşkilatda karyera qurmaq üçün əvəzedilməz imkan yaradır.

Yay Təcrübə Proqramının qəbul prosesinə qoşulmaq istəyən tələbələr aşağıdakı tələblərə cavab verməlidirlər:

• Hüquq və beynəlxalq hüquq istiqamətləri üzrə bakalavr 4-cü kurs, magistr pilləsinin isə 1-ci və 2-ci kurs tələbələri olmalıdırlar;
• Oxuduqları fənlər üzrə müvəffəq qiymətlərə malik olmalıdırlar;
• Tez öyrənmə bacarıqları olmalıdır;
• Azərbaycan dilində mükəmməl şifahi və yazılı ünsiyyət bacarıqları (İngilis dilini bilənlərə üstünlük veriləcək) ;
• Ofis proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığı;
• Verilən tapşırıq və təyin olunmuş hədəflərə nail olmaq bacarığı;
• Eyni zamanda bir neçə tapşırıq və layihəni yerinə yetirmək bacarığı;
• Təşəbbüskarlıq və komandada işləmək bacarığı;
• Maliyyə institutlarında karyera qurmaq istəyi;

Yuxarıdakı tələblərə cavab verən maraqlı namizədlərdən xahiş olunur ki, aşağıda qeyd olunan sənədləri 30 aprel 2012-ci il tarixinə kimi [email protected] e-poçtuna təqdim etsinlər:

1. AzərKredit təşkilatının anketini* (CV-lər qəbul olunmayacaq);
2. Şəxsiyyət vəsiqəsi (surəti);
3. Tələbə vəsiqəsi (surəti).

AzərKredit-in elektron anketini (Application_Form_Summer_Internship) http://azercredit.az/az/career/how_to_apply saytından yükləyə bilərsiniz. Təcrübə keçmək istədiyiniz filial və ya şöbənin adını (Baş ofis – Hüquq / Gəncə – Hüquq / İmişli – Hüquq) anket forması və e-poçtda göstərməyi unutmayın.

Ünvan: Bakı, Dünya Biznes Mərkəzi, 3-cü mərtəbə, S. Rəhimov/S.Vurğun küçələrin kəsişməsi, 309-cu məhəllə. Gəncə: H.Əliyev/H.Səmədov kuç.-nin kəsişməsi. İmişli: H. Əliyev prospekti 140.

E-poçt: [email protected] Tel.: (+ 994 12) 597 48 17/18 / (+ 994 22) 256 81 26 / (+ 994 21) 246 60 30