Xəzinədarlıq Departamentinin direktoru

  • Parabank ASC
  • Elanın qoyulma tarixi: 09.04.2012
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Departament : Xəzinədarlıq Departamenti 

Vəzifə:  Direktor

Vəzifəyə olan tələblər:

Şəxsi keyfiyyətlər:

o Vətəndaş qüsursuzluğuna malikolma;
o Müstəqilliyi qorumaq qabiliyyəti;
o Müşahidə aparmaq və faktların müəyyən edilməsi bacarığı;
o Problemlərin həlli və audit nəticələri üzrə razılığın əldə olunması bacarığı;
o Hesabatın hazırlanması və yazışma bacarığı;
o Yüksək darəcədə analitik, yaradıcılıq, təşəbbüskarlıq və tədqiqat apara bilmə qabiliyyəti;
o Menecerlik və komanda ilə işləmə və o cümlədən departament daxilində qərar qəbul etmə qabiliyyəti;
o Ünsiyyət qurabilmə qabiliyyəti;
o Etikalı olmaq;

Peşəkar tələblər:

o Mühasibat uçotu, bank işi və ya iqtisadiyyat sahəsində ali təhsilin olması;
o Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS) haqqında anlayış və onların tətbiqi təcrübəsinə malik olması;
o Xəzinədarlıq işinin təşkili üzrə bacarıqlara malik olması;
o Daxili nəzarət sistemlərinin və prosedurlarının yaradılması və risklərin idarə olunmasının qiymətləndirilməsində yüksək səviyyəli səriştəyə malik olması;
o Qüvvədə olan Azərbaycan Respublikasının qanunvericiliyini və AMB-nin normativ xarakterli aktlarını bilməsi;
o  Bank işi sahəsində bütövlükdə minimum üç illik təcrübəyə malik olması;
o Bank əməliyyatlarının bütün aspektləri ilə tanış olması;
o Departament işlərini planlaşdırma bacarığına malik olması;
o Müvafiq proqram təminatları, iş və riyazi təfəkkür qabiliyyəti;

Vəzifə öhdəlikləri:
    
1. Departament işçiləri arasında iş bölgüsünü aparır, onların hədəflərini müəyyən edir və işçilərin əməyini qiymətləndirir;
2. Departament işçilərinin vəzifə təlimatlarını hazırlayıb təsdiq edir və onlarla razılaşdırır;
3. Risklərin idarə edilməsi, nəzarət və idarəçilik proseslərinin səmərəliliyinin qiymətləndirilməsinə əsaslanan daxili audit planını hazırlayır;
4. Departament tərəfindən verilmiş tövsiyələrin icrasına nəzarəti həyata keçirir;
5. Departamentin Əsasnaməsindən irəli gələn və bu əsasnamə üzrə Audit Komitəsinin ona həvalə etmiş olduğu digər işləri görür;
6. Risklərin idarə edilməsi metodologiyasının tətbiqini və effektivliyini təhlil edir;
7. Risklərin idarə edilməsi prosesini yoxlayır və qiymətləndirir;
8. Korporativ idarəetmənin tətbiqini və effektivliyini təhlil edir;
9. Qüvvədə olan Azərbaycan Respublikasının qanunvericiliyinə və AMB-nin normativ xarakterli aktlarına və göstərişlərinə riayət olunmasını nəzarət edir;
10. Daxili prosedur qaydalarına riayət olunmasını yoxlayır və qiymətləndirir;
11. Daxili prosedur qaydalarına və ona olan əlavə və dəyişikliklə nəzarət sistemlərinin adekvatlılığı nöqteyi-nəzərdən rəy bildirir;
12. Fəaliyyətlərin səmərəliliyinin və xərclərin effektivliyinin (qiymət baxımından sərfəlilik) qiymətləndirilməsini təşkil edir;
13. Bankın maliyyə resurslarının planlaşdırılması və büdcənin icrasının yoxlanılması və qiymətləndirilməsini təşkil edir;

Hesabat vermə
14. Gündəlik fəaliyyət nəticəsi barədə Aktiv və Passivlərin İdarəedilməsi Komitəsinə, İdarə heyətinə hesabat verməlidir.

Hüquqları:
o Bankın Strateji inkişaf planının hazırlanmasında iştiral etmək;
o Bank üzrə qəbul edilən qərarlarda irəli gələn vəzifələri, bankdaxili əmr, sərəncam və göstərişlərin tələblərini vaxtında və tam yerinə yetirir.
o Likvidliyin idarə olunması sahəsində Bankın Siyasətini işləyib hazırlayır və İdarə Heyətinə təqdim edir.
o Departamentin Əsasnamə layihəsini, ona əlavə və dəyişiklikləri hazırlamaq, təsdiq olunması üçün Bankın idarə heyətinə və Müşahidə Şursına təqdim etmək;
o Departamentin fəaliyyətini təmin etmək məqsədilə səlahiyyətləri çərçivəsində bankın struktur bölmələrindən və törəmə müəssisələrindən məlumat almaq
o Bankın büdcə layihəsinin işlənməsində iştirak etmək, təsdiqlənmiş büdcədən istifadə etmək;
o Beynəlxalq maliyyə institutları, ixrac və idxal bankları ilə digər maliyyə institutlarının maliyyə və qeyri-maliyyə alətləri haqqında məlumat əldə etmək və bunların Bankda tətbiqinə dair təkliflər vermək;
Məsuliyyəti:

Ona həvalə edilən vəzifə öhdəliklərinin vaxtında və vicdanla yerinə yetirmək;
Görülən işlərin nəticə etibarı ilə effektliliyini gün-gündən artırmaq;
Bankın mənafeyinin hər şeydən üstün tutmaq və daim bunun üçün çalışmaq;
Bankın iş prossesinə mane olan halları aşkar etmək və qarşısını almaq;
Departament direktoru öz vəzifələrini həyata keçirərkən əldə etdiyi məlumatları qorumalı, istifadəsində sayıq olmalı, bu məlumatları şəxsi maraqlar üçün və ya bankın məqsədlərinə zərər verəcək şəkildə istifadə etməmək;
Bankın Daxili İntizam Qaydalarına riayət etmək;

İş şəraiti:

İş rejimi "Parabank" ASC-də təyin olunmuş Daxili qaydalar əsasında  Azərbaycan Respublikasının Əmək Məcəlləsinə zidd olmamaq şərti ilə müəyyənləşdirilir.
Yaranmış iş zərruriyəti ilə əlaqədar ezamiyyətə göndərilə bilər.
Operativ sualları həll etmək üçün mobil telefon ayrıla bilər.

CV-ləri [email protected] ünvanına XƏZİNƏDARLIQ DEPARTAMENTİNİN DİREKTORU mövzusu ilə göndərməyiniz tələb edilir.