Vəzifə: Keyfiyyət İdarəetmə sistemi üzrə mütəxəssis
Təhsil: Ali təhsil(Menecment və ya Standartlaşdırma və sertifikasiya sahəsində)
İş təcrübəsi: müvafiq sahə üzrə 2 ildən az olmayaraq iş təcrübəsi
İş yeri: Bakı şəhəri
İş rejimi: həftədə 5 gün
Əmək haqqı – müsahibə əsasında 1000 AZN-dən başlayaraq
Vəzifə və öhdəliklər:
• Cəmiyyətin struktur bölmələrində keyfiyyətin idarəedilməsi sistemi (KİS) və təminat sahəsində görülən işlərin koordinasiyası və təşkili, KİS üzrə sənədlərin və prosedurların, o cümlədən, təlimatların hazırlanması, monitorinqini və razılaşdırlmasını təmin etmək;
• KİS üzrə siyasətin, məqsədlərin, tədbirlər planının işlənib hazırlanmasını və bütün proseslərin işə salınmasını təşkil etmək;
• Metodologiyanın hazırlanması və tətbiqi;
• Funsional prosedur və təlimatların yaradılması;
• Keyfiyyət İdarəetmə Sisteminə uyğun olaraq Cəmiyyətin normativ sənədlərinin hazırlanması.
• Cəmiyyətin struktur bölmələrinin keyfiyyət idarəetmə sistemi üzrə daxili monitorinqi və təhlilinin edilməsi üçün məlumatların toplanılmasını, bu məlumatlar əsasında sistemin təhlil edilməsini, rəhbərliyə Keyfiyyətin İdarəedilməsi Sistemlərinin funksionallığı və zəruri olan yaxşılaşdırma tədbirlərinin görülməsi haqqında hesabat təqdim etmək;
• KİS prosesləri, prosedurları, qaydaları Cəmiyyətin əməkdaşlarına çatdırmaq və praktik məsələlərdə İştirak etmək;
Tələb olunan bilik və bacarıqlar
• İdarəetmə Sistemlərin Auditi sahəsində sertfikatlı olmalı (ISO 19011: 2018)
İSO 14001:2015 Ekologiya İdarəetmə Sistemi, ISO 45001:2018 İş Sağlamlığı və Təhlükəsizliyi İdarəetmə Sistemləri haqqında məlumatlı olması arzu olunandır,
• Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, təlim keçmə bacarığı, şəxsi və peşəkar inkişaf, hesabat yazma səriştəsi;
• Korporativ məlumat sistemində işləməyi bacarmalı;
• Dil və kompüter bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri arzuolunandır,
• Microsoft Office proqramlarını əla səviyyədə bilməli;
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “ Keyfiyyət idarəetmə sistemləri üzrə mütəxəssis” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.