SƏTƏM üzrə Mütəxəssis

  • Buta Construction
  • Elanın qoyulma tarixi: 28.07.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

VƏZİFƏLƏRİ:

• Əməyin mühafizəsi üzrə qabaqcıl və elmi təcrübələri istehsalatda tətbiqi
• İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət
• İstehsalatda zədələnmə səbəblərinin analizı və qarşısını almaq üçün tədbirlərin hazırlanması və onların həyata keçirilməsinin təşkili
• İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak
• İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasının təşkili
• Binaların, tikililərin, maşın və mexanizmlərin, qurğuların, işçilərin kollektiv və fərdi mühafizə vasitələrinin, sanitar-texniki qurğuların vəziyyətini və ventillyasiya sistemlərinin əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsinin tələblərinə uyğunluğunun yoxlanılması;
• Struktur bölmələrində, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin görülməsində iştirak
• İşə qəbul olumnuş, o cümlədən müvəqqəti hər bir işçiyə və kənardan gələn hər bir şəxsə təhlükəsizliklə bağlı giriş təlimatının keçirilməsi və əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına köməklik göstərilməsi
• Müvafiq qanunvericiliyin və müəssisənin tələblərinin işçilərin nəzərinə çatdırılması;
• Qulluqçuların və mühəndis texniki işçilərin əməyin mühafizəsi və təhlükəsizlik təlimatı üzrə biliklərinin yoxlanılmasında və attestasiya komissiyasının işində iştirak
• Müvafiq təlimatların işlənib hazırlanmasında iştirak
• İstehsalatda bədbəxt hadisələrin araşdırılmasında iştirak
• İşçilərin əməyin mühafizəsi üzrə ərizə, məktub və şikayətlərinə baxması və lazımi ölçülər götürülməsi
• Maliyyə şöbəsinə əməyin mühafizəsinə və illik fəaliyyət planının hazırlanmasına xərclənəcək vəsaitlər üçün müraciət edilməsi;
• İşçiləri tibbi müayinəyə göndərilməsi;
• Təxliyyə planının hazırlanmasında iştirak edilməsi və işçilərə bu barədə təlimat keçirilməsi;
• İşçilərin fövqəladə hal zamanı cavab hərəkətləri haqqında təlimat keçirilməsi;
• Müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsi
• Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi;
• Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməsi
• Birbaşa rəhbərinin tapşırıq və sərəncamlarının yerinə yetirilməsi.

TƏLƏBLƏR:

• İş planlama və təşkil etmə bacarığı olmalı
• Ali təhsil
• 2-4 ildən artıq bu sahədə iş stajı
• MS Office
• Mexaniki sürət qutusunu idarə etməyi bacarmalı; ( B,BC kateqoriyalı)

Təminatlar:

• Gecələmək üçün yer təminatı;
• Gün ərzində 3 dəfə qidalanma;
• Avtomobil təminatı;
• Əmək haqqı: 1000-1200 AZN;

Ünvan: Daşkəsən rayonu, Çovdar kəndi ( Gəncə şəhəri və ətraf ərazilərdə yaşayan namizədin müraciət etməsi arzu olunandır)

E-mail: [email protected]