Kart əməliyyatları şöbəsinə (Klirinq əməliyyatları) mütəxəssis/aparıcı mütəxəssis

İşin təsviri

Görəcəyiniz işlər:

- AzəriCard maliyyə file larının təhlili
- Beynəlxalq və yerli kart təşkilatları ilə aparılan kart əməliyyatlarının üzləşdirilməsi
- Kart əməliyyatları üzrə gəlir və xərclərin təbiəti üzrə bölüşdülməsinin təşkili
- AzəriCard tərəfindən tərtib edilən hesabatlar üzrə uyğunsuzluqların müəyyən edilməsi və araşdırılması
- Klirinq üzrə müxabirləşmələrin verilməsi
- Beynəlxalq və yerli kart təşkilatları və həmçinin kart xidməti mərkəzləri ilə maliyyə sahəsinində işin əlaqələndirilməsi .

Bizim üçün ideal namizəd:

- Ali İqtisadi təhsili olan;
- Bank proqramları ilə sərbəst işləməyi bacaran ( Visual Basic və Telescope yüksək səviyyədə);
- Sahə üzrə 1-3 il iş təcrübəsi olan;
- Komandada işləmə bacarığı olan;
- İnduktiv və analitik təhlil bacarıqları olan şəxsdir.

Bu iş sizə nələri qazandıracaq:

- Təlim və inkişaf məsələlərində Bankın dəstəyi
- Davamlı karyera inkişafı
- Bank sahəsində iş proseslərini dərindən öyrənmək imkanı;
- Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
- Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;

Əgər bizim axtardığımız ideal namizəd Sizsinizsə CV-nizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur. Məktubun mövzu hissəsində müraciət edilən vakansiya adının “Klirinq əməliyyatları” göstərilməsi xahiş edilir.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az