Kart əməliyyatları şöbəsinə (ATM əməliyyatları) mütəxəssis/aparıcı mütəxəssis

İşin təsviri

Görəcəyiniz işlər:

- ATM əməliyyatlarının Telescope sistemində təhlili
- ATM qalıqlarının yoxnalılaraq fərqlərin müəyyən edilməsi
- ATM fərqləri üzrə müxabirləşmələrin verilməsi tələbi
- AzəriCard müştəri xidmətləri, NVD və MXS əməkdaşları ilə işin əlaqələndirilməsi
- AzəriCard MMC-yə vəsait qaytarılması barədə OTRS hazırlanması .

Bizim üçün ideal namizəd:

- Ali İqtisadi təhsili olan;
- Ofis proqramları ilə sərbəst işləməyi bacaran;
- Sahə üzrə 1-3 il iş təcrübəsi olan;
- Komandada işləmə bacarığı olan;
- İnduktiv və analitik təhlil bacarıqları olan şəxsdir.

Bu iş sizə nələri qazandıracaq:

- Təlim və inkişaf məsələlərində Bankın dəstəyi
- Davamlı karyera inkişafı
- Bank sahəsində iş proseslərini dərindən öyrənmək imkanı;
- Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
- Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;

Əgər bizim axtardığımız ideal namizəd Sizsinizsə CV-nizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur. Məktubun mövzu hissəsində müraciət edilən vakansiya adının “ATM əməliyyatları” göstərilməsi xahiş edilir.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az