Proqram təminatı üzrə məsləhətçi

İşin təsviri

Caspian Innovation Center” namizədləri Enterprise Content Management sahəsi üzrə “Proqram təminatı üzrə məsləhətçi” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

- Proqram təminatının hazırlanması
- Kodlaşdırma tapşırıqlarının yerinə yetirilməsi
- Mövcud proqram təminatının kodlarının analiz edilməsi, problemlərin həlli və təkmilləşdirilməsi
- Verilən tapşırığları təhlil etmək
- Görülən işlər ilə bağlı hesabatın hazırlanması
- Texniki sənədləşmə işlərinin aparılması

Bilik və bacarıqlar:

- Kompüter elmləri üzrə və ya müvafiq sahə üzrə ali təhsil;
- PL/SQL, JavaScript bilikləri;
- Opentext xECM üzrə konsultant biliklərinin olması arzu olunandır;
- Güclü problem analiz etmə və həll etmə;
- Analitik düşüncə və alqoritmik biliklər;
- Şifahi və yazılı ünsiyyət bacarıqları;
- Həm müstəqil, həm də komanda yönümlü əməkdaşlıq;
- Veb biliklərinin olması arzuolunandır;
- Texniki səviyyədə ingilis dili biliyi.

Son müraciət tarixi: 25.12.2020-ci il.

Müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

Caspian Innovation Center LLC tərəfindən digər vakansiyalar