ABAP Developer

İşin təsviri

Caspian Innovation Center” namizədləri SAP ERP sistemin proqramlaşdırma dili üzrə developer “ABAP Developer” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

- Proqram təminatının hazırlanması
- Kodlaşdırma tapşırıqlarının yerinə yetirilməsi
- Mövcud proqram təminatının kodlarının analiz edilməsi, problemlərin həlli və təkmilləşdirilməsi
- Verilən tapşırığları təhlil etmək
- Görülən işlər ilə bağlı hesabatın hazırlanması
- Texniki sənədləşmə işlərinin aparılması

Bilik və bacarıqlar:

- Kompüter elmləri üzrə və ya müvafiq sahə üzrə ali təhsil;
- SAP ERP sistemin proqramlaşdırma dili bilikləri
- OOP proqramlaşdırma dili bilikləri;
- Verilənlər bazası (Oracle) təcrübəsi olan, mürəkkəb SQL sorğuları yazmaq və optimallaşdırmaq bacarığı
- Güclü problem analiz etmə və həll etmə;
- Analitik düşüncə və alqoritmik biliklər;
- Şifahi və yazılı ünsiyyət bacarıqları;
- Həm müstəqil, həm də komanda yönümlü əməkdaşlıq;
- Veb biliklərinin olması arzuolunandır;
- Texniki səviyyədə ingilis dili biliyi.

Son müraciət tarixi: 10 dekabr 2020.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

Mövcud vəziyyətdə müəyyən internet məhdudiyyətini nəzərə alaraq CV-nizi göndərdikdən sonra 3 gün ərzində Sizə geri dönüş olmazsa +994 50 842 42 11 mobil nömrəsi ilə əlaqə saxlamağınız xahiş olunur.