Anbardar

  • Buta Construction
  • Elanın qoyulma tarixi: 22.11.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Buta Construction” Qapalı Səhmdar Cəmiyyəti Hövsan qəsəbəsində 2 hündürmərtəbəli binanın tikintisi layihəsi üçün aşağıdakı vakansiya üzrə namizəd axtarır:

Anbardar

Vəzifə öhdəlikləri:

• Anbarda olan mal və materialların təhlükəsizliyinə, saxlanılması rejiminə, sənədləşdirmə və mədaxil-məxaric sənədlərinin təhvili qaydalarına riayət olunmasını təmin etmək;
• Anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərini idarə etmək;
• Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin etmək;
• Bütün mal dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər(qaimə) əsasında olmasını təmin etmək; istisnalar barədə dərhal mühasibatlığı məlumatlandırmaq;
• Sahəni tələb olunan mal, yanacaq və sürtkü material ilə təmin etmək, saxlanılması, sərfiyyatına nəzarəti təmin etmək və sərfiyyata dair hesabat vermək;
• Əmək təhlükəsizliyi və sağlamlığın mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etməklə anbarda yükləmə - boşaltma işlərini təşkil etmək;

Tələblər:

• Ali təhsil
• Tikinti sahəsində anbar təsərrüfatı üzrə 3 il iş təcrübəsi
• MS Office, 1C proqramlarında işləmə bacarığı

• İş rejimi - 6 günlük
• Əmək haqqı - 700 AZN
• İş yeri: Bakı şəh., Hövsan qəsəbəsi

CV üçün e-mail: [email protected] (Anbardar başlığı ilə göndərməniz xahiş olunur).