Mühasib

  • Company
  • Elanın qoyulma tarixi: 22.11.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Mühasib

İş haqqında:

- 6 günlük iş qrafiki;
- Ofis Xətai Rayonu, Ağ şəhərdə yerləşir
- Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi;

Tələblər:

- Mühasib kimi minimum 3 il əmək stajı;
- Elektron qaimələrlə işləmə bacarağı;
- Vergi qanunvericiliyini bilməli;
- Microsoft ofis proqramlarında yüksək səviyyədə biliklər;

Vəzifələr:

- Pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesablarında əks etdirilməsi;
- Dövlət büdcəsinə ödənişlərin həmçinin sosial sığorta ayırmalarının və digər vergi vəsaitlərinin köçürülməsinin həyata keçirilməsi;
- Vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsi;
- Rəsmi hesabatların hazırlanması (Statistika, DSMF, Vergi)
- Hesab və elektron qaimə-fakturaların yazılması;
- Mal və Xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması;
- Aylıq əməkhaqqı cədvəllərinin hesablanması və hazırlanması, işçilərin əməkhaqqlarının və digər ödənişlərinin aparılması;
- Xəstəlik, məzuniyyət, hamiləlik vərəqələri üzrə ödənişlərin hesablanması və bununla bağlı DSMF-yə təqdim olunmalı sənədlərin hazırlanması.

Tələblərə uyğun namizədlərdən CV-lərini mövzu hissəsində “Mühasib” qeyd edərək [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.