Feldşer

  • Grand Agro MMC
  • Elanın qoyulma tarixi: 22.11.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əlavə məlumat

- İş yeri – Qala-Türkan qəsəbəsi
- İş qrafiki: həftənin 5 günü, saat 08:00-dan 17:00-dək
- Nahar Şirkət tərəfindən verilir, Sınaq müddətindən sonra ailə üzvləri daxil tibbi sığorta
- Əmək haqqı razılaşma yolu ilə, Qanunvericiliyin tələbinə uyğun olaraq tam rəsmiləşdirmə

Vakansiya – Feldşer

Vəzifə öhdəlikləri:

- İstehsalat zədələnmələri, zəhərlənmələr və sağlamlığın qəflətən itirilməsi zamanı ilkin tibbi yardım göstərmək;
- Zərurət yarandıqda tibbi yardım üçün müraciət etmiş şəxsləri aidiyyəti üzrə tibbi müalicə-profilaktika müəssisələrinə yönlədirilməsini təmin etmək;
- İlkin tibbi yardım manipulyasiyalarını yerinə yetirmək və bu barədə işçilər üçün vaxtaşırı təlimlər təşkil etmək;
- Tibbi yardım üçün müraciət etmiş şəxslər tərəfindən daxili nizam-intizam qaydalarına riayət edilməsinə nəzarət etmək;
- Dərman preparatlarını və zəruri tibbi ləvazimatları qəbul edib onları prosedur kabinetdə düzgün saxlayıb xəstələrə təyinatına uyğun vermək;
- Təcili tibbi yardım şkafında, sahələrdə (bölmələrdə) və nəqliyyat vasitələrində olan təcili tibbi yardım çantalarında dərman preparatlarının mövcudluğuna və istifadə müddətlərinə nəzarət etmək;
- Yeni işə qəbul edilmiş işçilər üçün sağlamlıq pasportunun açılmasını, vaxtaşırı yenilənməsinı və dövrü tibbi müayinələrin nəticələrinin qeyd olunmasını təmin etmək;
- Dövrü tibbi müayinəyə cəlb ediləcək işçilərin siyahısını (peşələr üzrə) tərtib etmək və həmin işçilərin vaxtaşırı tibbi müayinəyə cəlb olunmasını təmin etmək;
- Ofislərdə, yeməkxanalarda, məişət və sanitariya-gigiyena otaqlarında gigiyenik şəraitə nəzarət etmək
- Prosedur kabinetdə tibbi və təsərrüfat ləvazimatlarını qorumaq və lazımi səviyyədə saxlamaq.

Tələblər:

• Təhsil : Ali (Tibb sahəsi )
• Təcrübə: Əlaqədar sahədə minimum 1 il
• Dil bilikləri: Azərbaycan dili
• İT üzrə biliklər: Ms. Office

Texniki Bacarıqlar:

• Şirkətdaxili tibbi yardıma dair təlimat, qayda və prosedurlarının, hazırlanması, tibbi təlimlərin həyata keçirilməsində və müvafiq təkliflərin hazırlanmasında iştirak etmək.
• İş yerlərində tibbi xidmət ilə əlaqədar qanunvericilik aktlarının tələblərinə uyğun hesabatlar hazırlamaq, tələb olunan təşkilatlara təqdim etmək, yeni qanunvercilik aktlarının tələblərinin iş yerlərində tədbiq olunmasını təmin etmək

Səriştəlik:

• Məsuliyyətlilik, disiplinlilik, təşkilati bacarıq
• Problem həll etmə və əməkdaşlıq bacarıqları
• Güclü şifahi və yazılı ünsiyyət, fikirlərini düzgün çatdırmaq,
• Prinsip və Dəyərlərə sadiqlik
• Prosedur və qaydalara riayət etmək
• Operativlik və İcra etmək bacarığı
• Detallara fikir vermə

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə “Feldşer” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

İşəgötürənin reytinqi