Əsas vəzifələr:
• Şirkətin və şirkət müştarilərinin fəaliyyəti ilə bağlı korporativ və promo materiallarının dizayn işlərini yerinə yetirir;
• Kreativ Direktorun göstərişlərinə əsasən müxtəlif daşıyıcılar üçün reklam məhsulların dizayn layihələrini təklif edir vı hazır reklam dizaynlarını təqdim edir;
• Reklam materiallarının istehsalı ilə məşğul olan podratçılarla əlaqə quraraq işlərin effektiv və keyfiyyətli şəkildə həyata keçirilməsini təmin edir;
• Kreativ departamentin toplantılarında fəal iştirak edir, işlərin daha effektiv həyata keçirilməsinə dair təklifləri irəli sürür.
• Gündəlik fəaliyyəti ilə əlaqədar hesabatları vaxtlı-vaxtında təqdim edir.
Namizədlərə qarşı tələblər:
- Qrafik dizayn sahəsində ən azı 3 il iş təcrübəsi;
- Adobe Photoshop, Adobe Illustrator və InDesign proqramlarının bilməsi;
- Digər qrafik dizayn proqramlarının bilməsi üstünlük kimi qiymətləndirilir;
- Azərbaycan və rus dillərinin sərbəst danışıq qabiliyyəti,
- İngilis dilinin bilməsi üstünlük kimi qiymətləndirilir;
- Bədii zövg və dizaynın müasir trendlərindən xəbər;
- Dünya görüşü və biliyə həvəs;
- Komandada işləmək bacarığı;
- Çeviklik və tez öyrənmə bacarığı;
- Stressə dözümlülük və gərgin qrafiklə işləmək bacarığı;
- MS Ofis proqramlarının bilməsi və korporativ mühitdə işləmək həvəsi.
Üstünlüklərimiz:
• Gənc və şən kollektiv;
• Şəhərin biznes mərkəzində müasir və dəbli ofis şəraiti;
• Karyera qurulması imkanı;
• Nahar şirkət tərəfindən təşkil olunur;
• İşgüzar danışıqlar üçün telefon limiti.
Xahiş edirik, məktubunuzun mövzu (Subject) hissəsində vakansiyanın adını qeyd edib CV və portfolionuzu [email protected] e-mail ünvanına göndərəsiniz.