Müqavilələr və bank əməliyyatlarına hüquqi dəstək şöbəsinin aparıcı hüquqşünası

İşin təsviri

Görəcəyiniz işlər:

- Bütün növ bank əməliyatları ilə bağlı müvafiq struktur bölmələrə hüquqi dəstək göstərmək;
- Bankda satınalma işinin təşkilinə hüquqi dəstək vermək, bununla əlaqədar sənədlərin və müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək və hüquqi rəylər vermək
- Bütün növ müqavilələrin, sazişlərin hüquqi ekspertizasını həyata keçirmək, onların Bankın mənafeyi və qanunvericiliyin tələblərinə uyğunluğu barədə hüquqi rəylər vermək;
- Bank fəaliyyəti ilə əlaqədar standart şərtli müqavilələrin və digər müxtəlif növ müqavilələrin, sazişlərin və sair oxşar sənədlərin layihələrini hazırlamaq;
- Sahibkarlıq subyektlərinə verilən kredit və həmin kreditlər üzrə öhdəliklərin təminatı ilə bağlı sənədlərin hüquqi ekspertizasını həyata keçirmək və hüquqi rəylər vermək.

Komandaya qoşulmaqla Siz nə əldə edəcəksiniz:

- Təlim və inkişaf məsələlərində Bankın dəstəyi
- Davamlı karyera inkişafı
- Bank sahəsində iş proseslərini dərindən öyrənmək imkanı;
- Hüquq sahəsində potensialınızı reallaşdırmaq imkanı;
- Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
- Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
- Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq.

Bizim üçün ideal namizəd:

- Hüquq üzrə ali təhsilli;
- Maliyyə sektorunda hüquqşünas olaraq minimum 2 il iş təcrübəsi olan;
- Rus dilini əla, ingilis dilini yaxşı səviyyədə bilən;
- Ofis proqramlarında sərbəst işləməyi bacaran şəxsdir.

Əgər bizim axtardığımız ideal namizəd Sizsinizsə CV-nizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur (məktubun mövzusu: “ Müqavilələr və bank əməliyyatlarına hüquqi dəstək şöbəsinin aparıcı hüquqşünası ")
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Əlavə məlumat üçün: www.ibar.az