Əməliyyat riskləri üzrə mütəxəssis

  • Bank Avrasiya
  • Elanın qoyulma tarixi: 17.11.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“Bank Avrasiya” ASC
Vəzifə: Əməliyyat riskləri üzrə mütəxəssis

Namizədlər üçün irəli sürülən tələblər:

• İqtisadiyyat və ya maliyyə üzrə ali təhsili;
• Bankda risklər sahəsində ən az 1 il iş təcrübəsi və ya digər bank sahələrində ən azı 2 il iş təcrübəsi;
• Risklərinin idarə edilməsi barədə AR Mərkəzi Bankının müvafiq normativləri və qaydaları barədə biliklər (xüsusilə əməliyyət riski);
• Azərbaycan və ingilis dillərini mükəmməl bilmək;
• MS Office proqramlarının sərbəst şəkildə işləmək bacarığı;
• Analitik qabiliyyət və riyazi düşüncəyə malik olması;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
• Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı.

İşin təsviri:

• Bankın risklərin müəyyən edilməsi, qiymətləndirilməsi metodlarının hazırlanması;
• Əməliyyat risklərinin idarə olunması, minimallaşdırılması və qarşısının alınması ilə bağlı təkliflər vermək;
• Əməliyyat risklərinin idarə edilməsi prosesində risk indikatorlarına dair məlumatların toplanması, təhlillərin həyata keçirilməsi və lazımi hesabatların tərtib olunması üzrə təkliflər verməklə hesabtlığın aparılması;
• Yaradılan yeni məhsul və xidmətlər üzrə potensial əməliyyat risklərinin müəyyən edilməsi və təkliflərin verilməsi;
• Bankın filial və baş ofis struktur bölmələrində aparılan biznes proseslərin qiymətləndirilməsi, risklərin optimallaşdırılması məqsədi ilə monitorinqlərin aparılması və nəticələr əsasında təkliflərin verilməsi;
• Risk özünü qiymətləndirmə alətinin tətbiqi;
• Bankda risk mədəniyyətinin yüksəldilməsi istiqamətində aktiv iştirak;
• Bankın struktur bölmələrindən insidentlər barədə məlumatların toplanması (məlumat bazasın yaradılması) və səbəblərinin araşdırılması;
• Əməliyyat risklərinin idarə olunması, minimallaşdırılması və qarşının alınması ilə bağlı təkliflərin verilməsi;
• Stress testlərin keçirilməsi və ssenari analizlərinin aparılması;
• Audit yoxlaması nəticəsində qeyd edilən məqamların aradan qaldırılması üzrə tədbirlər planının və problemlərin eskalasiyası.

CV-ni [email protected] ünvanına göndərərkən email-ın mövzu hissəsində Əməliyyat riskləri üzrə mütəxəssis vəzifəsini qeyd etməyinizi xahiş olunur.

Tələblərə cavab verən namizədlərlə əlaqə saxlanacaq.