Data engineer/web-developer

  • Smartbee
  • Elanın qoyulma tarixi: 17.11.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Axtardığımız yeni əməkdaşdan həm back-end proqramlaşdırma (PHP), həm də data mühəndisliyi sahəsində biliklərinin olmasını gözləyirik.

SmartBee vasitəsilə həm reklamverənlərin rəqəmsal mediada reklamları yayımlanır, həm də vebsayt sahibləri öz saytlarının traffikini pula çevirirlər. Həmçinin, SmartBee müxtəlif çətinlikli veb-saytların hazırlanması ilə də məşğul olur.

Görüləcək işlərə nümunə

  • Istifadəçilərin hansı səhifələri və saytları necə izləməsinin əsasında onların cinsini və maraq dairəsini təyin etmək
  • Hansı saytın və hansı reklam formatının yaxşı nəticə göstərməsinin əsasında biznes-məntiqini optimallaşdırmaq
  • Reklam şəbəkəsindəki açar-sözlərin istifadə tezliyinin analizi (keyword frequency)

Tələblər

  • PHP və Python  yüksək səviyyədə bilmək
  • MySQL, PostgreSQL, MongoDB, Redis kimi məlumat bazalarında işləmək yaxud öyrənmək bacarığı
  • Qısa müddətdə yeni texnologiyanı öyrənmək bacarığı, veb-texnologiyalara böyük maraq

İş öhdəlikləri

  • Veb-ziyarətçilərin davranışlarının analizi
  • Məlumat bazasına SQL-sorğuların göndərilməsi, alınan cavabların əsasında data analitikası üçün faydalı məlumatların əldə olunması
  • Machine learning sayəsində prediktiv modellərin qurulması
  • Veb-saytların və veb-tətbiqlərin arxa tərəfinin layihələndirilməsi, kodlaşdırılması

Detallar

  • İş-vaxtı: 10.30-18.30, həftədə 5 gün.
  • Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə
  • Şəhərin mərkəzində çox əlverişli lokasiyada iş yeri
  • Gülərüz kollektiv
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun təyin ediləcək.

Maraqlanan şəxslər öz rezümelərini [email protected] nömrəsinə göndərə bilər. Məlumat bazası ilə gördüyü işlərə yaxud qurduğu veb-saytlara aid nümunəni məktubda göndərənlərə (bu adi sözlər, kiçik təqdimat, GitHub profilinə keçid və s. ola bilər) üstünlük veriləcək. Əlaqə telefonu: +994504241140

 

İşəgötürənin reytinqi