Korporativ Kreditlərinin Təhlili Şöbəsinin Kiçik mütəxəssisi

  • Kapital Bank
  • Elanın qoyulma tarixi: 12.11.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Ümumi məlumat

Kapital Bank namizədləri Kredit Anderraytinqi Departamentinin Korporativ Kreditlərinin Təhlili Şöbəsinin Kiçik mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

• Müştərilərin maliyyə və biznes təhlilini aparmaq;
• Borcalanın ödəmə qabiliyyətini qiymətləndirmək, maliyyə vəziyyətində baş verən dəyişiklikləri izləmək, sifarişin məqsədə uyğunluğunu və effektivliyini qiymətləndirmək;
• Kredit portfellərinin, gecikmələrin çıxarışları, maliyyə hesabatlarının hazırlanması.

Tələblər

• İqtisadi, maliyyə və ya riyazi sahə üzrə ali təhsil;
• Analitik düşünmə qabiliyyəti;
• Yüksək səviyyədə Excel bacarığı;
• SQL üzrə biliklər;
• Maliyyə hesabatlarının hazırlanması və təhlili qaydaları;
• Məsuliyyətlilik və detallara qarşı diqqətlilik;
• Rus və İngilis dili biliklərinin olması arzuolunandır;
• Bank sahəsində müvafiq sahə üzrə iş təcrübəsi arzu olunandır;

Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət edə bilərsiniz.

İşəgötürənin reytinqi