Stok kontrol mütəxəssisi

  • Super Toys
  • Elanın qoyulma tarixi: 10.11.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə: Stok kontrol mütəxəssisi

İş rejimi : Həftədə 6 gün
Əmək haqqı : 800 – 900 azn

Vəzifə Öhdəlikləri :

• Stokun gündəlik yoxlanılması və stoka nəzarət edilməsi;
• Anbardan malların giriş və çıxışına nəzarət edilməsi;
• Sayım prossesinə nəzarət etmək;
• Sayım nəticələrinin analiz edilməsi;
• Mal stokunun dövriyyəsinə nəzarət etmək;
• Aşkar olunmuş kənarlaşmaları depo və mağaza tərəfindən araşdırmaq;
• Mağazalar tərəfindən işlənilən yanlış əməliyyatların mağazalara bildirilərək aradan qaldırılmasını təmin etmək;
• Anbar neqativlərinin araşdırılması, stokda neqativ yaradan sənədin aşkar olunması ve neqativ stokun aradan qaldırılmasını icra etmək;

Namizədə Tələblər :

- Ali təhsil (İqtisadiyyat, menecment, maliyyə və audit );
- Müvafiq sahə üzrə iş təcrübəsi;
- Dəqiqlik, nəzarətetmə bacarığı, məsuliyyətlilik, stressə davamlılıq;
- Komandada işləmək bacarığı;

Komandamızda olmaq istəyən maraqlı olan namizədlərdən “CV”–lərini mövzu hissəsində vəzifə adını “ Stok kontrol mütəxəssisi” qeyd etməklə, ([email protected]) ünvanına göndərə bilər.