Lizinq mütəxəssisi (Səlyan filialı)

  • Prior Leasing
  • Elanın qoyulma tarixi: 05.11.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə: Lizinq mütəxəssisi (Səlyan filialı)
Departament/Şöbə: Kommersiya lizinqi şöbəsi / Salyan filialı
İş qrafiki: I-V günləri: 09:00-18:00; VI gün: 10:00-16:00
Telefon xərcləri və yanacaq xərcləri şirkət tərəfindən təmin edilir (şəxsi avtomobil varsa)
Əmək haqqı: 1000-1200 azn
Şəhər: Səlyan

İşin təsviri:

• Müştərilərə lizinq məhsulları barədə məlumat verilməsi
• Müştərilərin maliyyə təhlilinin aparılması
• Müqavilələrin hazırlanması və bağlanması
• Müştərilərin mövcud portfelinin monitorinqi və idarə olunması
• Yüksək səviyyədə müştəri xidmətinin təmin olunması
• Şirkət peşəkar şəkildə inkişafa şərait yaradır

Namizədə dair tələblər:

• Ali təhsil (Vakansiyaya uyğun olan hər hansı bir bakalavr dərəcəsi.)
• Müvafiq sahədə minimum 1 il professional iş təcrübəsi; bank, sığorta sahəsində və bank olmayan kredit təşkilatlarında iş təcrübəsi olmalı;
• Satışın qaydaları, əsasları və strukturunu bilməli;
• Müştəri ilə ünsiyyət qurmaq bacarığı;
• Yüksək riyazi bilik və analitik qabiliyyət səviyyəsi ;
• MS Office 365 proqramlarıyla sərbəst işləmək bacarığı;
• Kişi namizəd, Səliqəli xarici görünüş
• Azərbaycan dili səlis, İngilis və Rus dili (orta səviyyədə) biliklərinin olması üstünlükdür

Sürücülük vəsiqəsinin və şəxsi avtomobilin olması arzuolunandır.

Maraqlanan namizədlər mövzu yerində “Lizinq mütəxəssis” yazmaqla öz CV-ləri [email protected] ünvanına göndərə bilərlər.

İşəgötürənin reytinqi