Mühasib-operator

  • AzEstetik Group
  • Elanın qoyulma tarixi: 05.11.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Mühasib-operator

İş barədə:

• Gündəlik qaimə və qəbzlərin işlənməsi və kompüterə köçürülməsi;
• Uçotun müvafiq sahələri üzrə ilkin sənədlərin təkmilləşdirilməsini həyata keçirmək;
• Hesabat üçün məlumatları hazırlamaq, mühasibat sənədlərinin qorunmasına nəzarət etmək
• İşçilərin aylıq əmək haqlarının hesablanması
• Hesab-fakturaların, E-qaimələrin, Təhvil-təslim aktlarının hazırlanması;
• Mühasibatlıqla bağlı aylıq məlumat xarakterli hesabatların rəhbərliyə təqdim edilməsi;
• Vergi hesabatlarının (ƏDV, Mənfəət, Vahid bəyannamə və s) və digər digər dövlət qurumlarına verilən hesabatların hazırlanması;
• Gündəlik olaraq online kargüzarlığın yoxlanılması, vergi ilə bağlı məktubların cavablandırılması
• Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi
• Yerli və xarici kreditorlar üzrə hesabatların verilməsi və debitorlar və kreditorlar üzrə qalıqların yoxlanılmasının təmin olunması
• Bütün növ mühasibat əməliyyatlarının mühasibatlıq proqramına daxil edilməsi

Tələblər:

• Ali təhsil (Iqtisadiyyat, Maliyyə və mühasibatlıq sahəsi üzrə);
• İş təcrübəsi;
• Kompüterdə sərbəst işləmək bacarığı (Excel, 1C)
• Təhlil aparmaq bacarığı;
• İnkişafa meyilli;
• Ciddi, məsuliyyətli, dəqiq olmalı;
• Yaş həddi 25-35 arası
• Kompüter bilikləri: MS Office (WORD, EXCEL) yaxşı səviyyədə bilmək
• Qanunvericilik: Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə biliklərin olması;

İş şərtləri

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• İş qrafiki həftənin 6 günü;
• İş saatı: 09.00-dan 18.00 kimi,
• Əmək Haqqı – namizədin bilik və bacarığından asılı olaraq dəyiçə bilər

Vakansiya ilə maraqlanan şəxslərdən CV-lərini mövzu yerinə " Mühasib-operator" qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.