Direktor köməkçisi

  • Elanın qoyulma tarixi: 04.11.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət haqqında: 1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 14.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Direktor köməkçisi
İş yeri: Bakı şəhəri, Ulduz Şokolad Fabriki
İş təcrübəsi: Minimum 1 il iş təcrübəsi
Təhsil: Ali təhsil
Yaş həddi: 20-35

İşin Təsviri: Şirkətin direktorunun iş qrafikinə uyğun olaraq iş planının hazırlanması, korporativ yazışmaların aparılması və s.

Vəzifə öhdəlikləri:

- Şirkətin müəyyənləşdirdiyi korporativ yazışma etikası əsasında Şirkətdaxili, ölkədaxili və Beynəlxalq yazışmaların aparılması;
- Şirkət direktorunun iş qrafikinə uyğun iş planının hazırlanması (görüşlər, zənglər, qəbullar və s.);
- Şirkət direktorunun texniki fəaliyyətinin təchiz edilməsi (nəqliyyat sifarişi, bilet sifarişi, görüşlərin təşkili və s.).
- İclasların təşkil edilməsi, hesabatların hazırlanması və direktora təqdim olunması;
- Şirkətin direktorunun gündəliyinin hazırlanması;
- Şirkət direktorunun verdiyi tapşırıqların yerinə yetirilməsi;

Tələblər:

- Yüksək səviyyədə təqdimat bacarığı;
- MS Office (Word, Excel, Outlook) proqramlarında istifadə etmək bacarığı (Xüsusilə Excel biliyinin yüksək olanlara üstünlük verilir;
- Yüksək qavrama və öyrənmə qabiliyyəti;
- Azərbaycan dili, rus dili və ingilis dili (İngilis və rus dili yüksək səviyyədə);
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- Servis xidməti
- Nahar ilə təmin edilmə

İş qrafiki: 5 günlük

Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Direktor köməkçisi” yazmaqla CV göndərərək müraciət edilir.