Araşdırmalar analisti

İşin təsviri

“İnnovasiyalar Mərkəzi” MMC - Araşdırmalar analisti

Vəzifənin məqsədi:

İnnovasiyalar Mərkəzinin (iCenter) fərqli sahələr üzrə araşdırmalarını aparmaq

Vəzifə öhdəlikləri:

- İnnovasiya ekosistemi üzrə hesabatların hazırlanması;
- Fərqli bazarların keyfiyyət və kəmiyyət araşdırması və məsləhətlərin verilməsi;
- Biznes yönümlü qurumların rəhbərləri, maliyyə işçiləri və bazar nümayəndələri ilə daimi ünsiyyət, əlaqələrin qurulması;
- Təşkilatın istifadəsi üçün aydın və faydalı hesabatlar hazırlanması;
- Bazar araşdırmalarına əsaslanıb şirkətin yeni məhsullarının hazırlanması üçün tövsiyələr verilməsi;
- Araşdırılan sahə və əlaqəli bazarlar haqqında məlumatların məxfiliyinin təmin olunması.

Tələb edilən bilik, bacarıq və təcrübə:

- Ali təhsil;
- Bazarların araşdırılması və hesabatların yazılması təcrübəsi;
- İnnovasiya ekosistemi haqqında məlumatlılıq;
- Kreativ düşüncə qabiliyyəti;
- Verilən məlumatları (data) təhlil edib nəticə çıxarma qabiliyyəti;
- Kommunikasiya bacarıqları;
- Təşəbbüskarlıq;
- Problem həll etmə bacarığı;
- İngilis dili (yüksək səviyyədə), Rus dili (seçim prosesində üstünlükdür).

Əmək haqqı müsahibə zamanı müəyyən ediləcək.

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini 04 dekabr 2020-ci il tarixinədək [email protected] elektron ünvanına email-in mövzu hissəsində “Araşdırmalar analisti” yazaraq göndərmələri xahiş olunur.

Yalnız vəzifənin tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxanılacaqdır.