Baş baytar həkim

İşin təsviri

Əmək funksiyaları

- Bütün müalicə proqramlarını tərtib edir, profilaktiki və baytar - sanitariya tədbirlərini vaxtında və qaydalara uyğun aparılmasını təmin edir;
- Doğuşa prosesinin təşkil olunması və doğuş sonrası müalicə işinin aparılmasını təmin edir;
- Buzovların müayinə və müalicə işinin təşkil olunması;
- Heyvanlarda boğazlığın müayinəsini aparılması və boğaz heyvanlar üzrə müvafiq qeydlərin/hesabatların tərtib olunmasını təşkil edir;
- Süni mayalanma və təbii cütləşmə qaydalarına nəzarət edir və çoxalma proqramının həyata keçirilməsini təşkil edir.;
- Heyvanlar saxlanılan bina və tikililərdə dezinfeksiya və başqa tədbirləri təşkil edir;
- Tələf olunan heyvan cəmdəklərinin müayinəsini aparır, analiz üçün lazımi material götürür və məhv edilməsinə nəzarət edir,
- Təsərrüfat üçün lazım olunan baytarlıq preparatları, dərmanları və avadanlıqların sifarişlərini tərtib edir;
- Baytarlıqda uçot və hesabat işlərini təmin edir, karantin tədbirlərini həyata keçirir;
- Baytarlıq dərmanlarının saxlanılmasını, düzgün istifadəsini təlimatlara uyğun olaraq təşkil edir;
- Baytarlıq heyətinin idarə olunmasını təmin edir:
- Baytarlıq işlərinin uçot və hesabatını aparır və şöbə rəhbərinə hesabat verir;

Tələblər

- Təhsil: Baytarlıq sahəsində ali təhsil (magistr təhsili olanlara üstünlük verilir)
- Baytarlıq üzrə ən azı 5 il iş təcrübəsi
- Xarici dil bilikləri arzu olunandır (rus, ingilis)
- Heyvandarlıq sahəsində işləyənlərə üstünlük verilir
- MS Office – Excel və 1C proqramları üzrə biliklərin olması arzu olunandır
- Məsulliyyətli, intizamlı və stress vəziyyətinə davamlı, komandada işləmə bacarığı.

İş qrafiki

09:00-18:00 ( beşgünlük iş həftəsi)

Maraqlanan şəxslər cv-lərini [email protected] elektron ünvanına mövzu yerində “Baş baytar həkim” qeyd etməklə göndərə bilərlər.