Tender üzrə mütəxəssis

İşin təsviri

“ATEF ŞİRKƏTLƏR QRUPU” MMC Tender üzrə mütəxəssis” vəzifəsinə vakansiya elan edir.

İş yeri: Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi,
Əmək haqqı: 800-1000 AZN

İş şəraiti

• 5 günlük iş həftəsi
• Nahar fasiləsi: 12:00-13:00
• Nahar müəssisə tərəfindən təmin edilir.

İş barədə məlumat

• Daxil olan tender təkliflərinin, kotirovkaların qeydiyyatını aparmaq və onların aidiyyatı üzrə saxlanılmasını təşkil etmək;
• Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət sahəsi ilə uyğun olan tenderlərin müəyyən edilməsi;
• Tender tələblərinin təhlil edilməsi və rəhbərliyə hesabatın hazırlanması;
• Tələb olunan sənədlərin toplanması və icra üçün təqdim edilməsi;
• Tender zamanı şirkəti təmsil etmək;
• Xarici şirkətlər və müştərilər ilə yazışmaların aparılması və uzunmüddətli əlaqələrin yaradılmasını təmin etmək;
• Tender təkliflərinin toplanması prosesinin idarə olunmasını təmin etmək;
• Tender prosesini icra etmək və nəzarətdə saxlamaq;
• Tender təkliflərini analiz etmək; ucuz qiymət və sərfəli şərtlərin əldə edilməsi üçün təchizatçılarla danışıqlar aparmaq;
• Müqavilələr üzrə danışıqlar aparmaq və müvafiq şöbələrlə birgə müqavilələr hazırlamaq;

Tələblər:

• Ali təhsilli,
• Cinsi: qadın,
• Tender sahəsində 3 il təcrübəsi olmalı,
• Azərbaycan, rus və ingilis dillərini yüksək səviyyədə bilməli,
• Ofis texnikası ilə işləmə bacarığı,
• Microsoft Office proqramlarını bilməlidir,
• Səliqəli, punktual, xoş görünüşlü,
• Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı

Namizədin şəxsi keyfiyyətləri:

• Fikrini izah etmək qabiliyyəti;
• Ezamiyyə imkanları;
• Ünsiyyət yaratmaq bacarığı;
• İşə planlı yanaşması;
• Fəal olması və komandada işləmək bacarığı.

Bu vəzifəyə müraciət etmək üçün CV-ni [email protected] ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “Tender üzrə mütəxəssis” mövzu bölməsində göstərin.