Layihə rəhbəri

İşin təsviri

Vəzifənin adı: Layihə rəhbəri

Vəzifə üzrə öhdəliklər:

• Müəyyən edilmiş büdcə, plan, keyfiyyət standartları və müştəri tələblərinə görə layihənin idarə edilməsi,
• Layihə üzrə şirkəti təmsil etmə, o cümlədən müştəri, məsləhətçi, subpodrat və dövlət ilə olan rəsmi və qeyri rəsmi münasibətlərin tənzimlənməsini,
• Layihə üçün lazımi işçi qüvvəsi, avadanlıq və materialların müəyyən edilməsi,
• Heyətin vəzifə bölgüsü və komandanın idarə edilməsi,
• Sahədə yerinə yetirilmiş tikinti işləri üzrə hazırlanmış Forma-2 sənədlərinin və digər texniki sənədlərin təsdiq edilməsinin təmin edilməsi,
• Tikinti layihəsinə cəlb edilmiş subpodratçı firmaların gördüyü işlərə nəzarət edilməsi,
• Tikintidə təhlükəsizlik qaydalarına əməl olunmasının təmin edilməsi,
• Layihənin gedişatı və xərclərlə bağlı periyodik hesabatların hazırlanmasının təmin edilməsi.

Vəzifəyə tələblər:

• İnşaat Mühəndisliyi (sanaye və mülki tikinti) ixtisası üzrə ali təhsil;
• İnşaat sahəsi əsasən sənaye və mülki binaların tikintisində minimum 10 il iş təcrübəsi;
• Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
• Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır;
• Rəsmi yazışma edə bilmə səviyyəsində ingilis dili bacarığı arzuolunandır;

Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV- lərini [email protected] elektron ünvanına, mövzu hissəsində “layihə rəhbəri” qeyd edərək göndərə bilərlər.

Qeyd; Göndərilən müraciətlərə diqqətlə baxılır və bütün namizədlərə ədalətli və bərabər imkanlar verilir. Elanda göstərilən tələblərə ən yaxın namizədlərlə əlaqə saxlanılır. Digər namizədlərin CV- ləri daha uygun tələb və vakansiyalar üzrə dəyərləndirmək məqsədilə CV bazasına əlavə edilir.